Menu

Putin Yanukoviçin qorunması barədə göstəriş verib - Kreml etiraf edir

08.02.2019, 20:01
Putin Yanukoviçin qorunması barədə göstəriş verib - Kreml etiraf edir

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın eks-prezidenti Viktor Yanukoviç bu ölkədə dövlət mühafizəsi ilə təmin olunub. Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu, Rusiya prezidentinin sərəncamı əsasında edilib.

Peskovun sözlərinə görə, bu barədə fərman hələ 2014-cü ildə Ukraynada dövlət çevrilişi baş verəndən sonra, Yanukoviç Rusiyaya gələn kimi imzalanıb. Bununla belə, Peskov onun məhz hansı struktur tərəfindən qounduğu barədə suala cavab verməkdən çəkinib və bildirib ki, onun bu barədə məlumatı yoxdur. «Ancaq o, qorunur» - deyə, Peskov jurnalistləri əmin edib.

Eks-prezidentin hüquqi statusu barədə suala Peskov cavab verib ki, Yanukoviç Rusiyaya ölkəsinin fəaliyyətdə olan rəhbəri kimi gəlib, amma hazırda onun heç bi xüsusi statusu yoxdur.

Xatırladaq ki, Yanukovç 2014-cü ildə Maydan hadisələrindən sonra, Kiyevdən Rusiyaya qaçıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol