Menu

Şirvanda 18 yaşlı gənc qətlə yetirilib - BDU-nun tələbəsidir

12.02.2019, 22:20
Şirvanda 18 yaşlı gənc qətlə yetirilib - BDU-nun tələbəsidir

Şirvan rayonunda qətl hadisəsi törədilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol