Menu

Yaponiya Trampın namizədliyini Nobel mükafatına irəli sürüb

17.02.2019, 22:45
Yaponiya Trampın namizədliyini Nobel mükafatına irəli sürüb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe «Vaşinqtonun xahişinə cavab olaraq» Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın namizədliyini Nobel mükafatına irəli sürüb.

Yaponiya hökuməti daxilindəki məbəyə istinadla, bu barədə «Asaxi simbun» qəzeti (Yaponiya) xəbər verib.

Qəzetin məlumatına görə, ABŞ hakimiyyəti qeyri-formal olaraq, 2018-ci ilin iyununda Trampın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurdakı görüşündən sonra, Tokiodan bu barədə xahiş edib.

Qəzet xəbər verir ki, Abe Trampın namizədliyini Şimali Kopeya ilə dialoquna görə irəli sürüb.

Bildirilir ki, bu barədə Trampın özü də cümə günü Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol