Menu

Azərbaycanda qaz hasilatı 23% artıb

19.02.2019, 09:38
Azərbaycanda qaz hasilatı 23% artıb

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 333,7 min ton həcmində xam neft hasil edilib.“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 3 329,9 min tonu əmtəəlik xam neft olub.

Bu ilin yanvar ayında neft hasilatı ötən ilin yanvar ayı ilə müqayisədə 0,8% azalıb.

Ötən ay ölkədə 3 062,1 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bunun da 1 992,4 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Yanvar ayında qaz hasilatının həcmi 23,1%, əməəlik qaz hasilatının həcmi 26,4% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol