Menu

Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

19.02.2019, 12:58
Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

Əfqanıstanda 20-dən artıq terrorçu qruplaşma fəaliyyət göstərir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin antiterror mərkəzinin rəhbəri Andrey Novikov müşavirədə deyib.

O, fevralın 19-da MDB-yə üzv ölkələrin Antiterror mərkəzlərinin rəhbərlərinin müşavirəsində bildirib: “Tərəfdarlarımızın qənaətincə, təkcə Əfqanıstanda 20-dən artıq terrorçu qruplaşma fəaliyyət göstərir. Biz onların ideoloji və siyasi cəhətdən birmənalı olmadığını, maraqlarının ziddiyyətli məqamlarını, habelə ümumi mütəşəkkil cinayətkarlıqla əlaqələrini tamamilə dəyərləndirə bilərik”.

A.Novikov vurğulayıb ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları Suriya-İraq, Əfqanıstan-Pakistan zonalarında vəziyyətin mürəkkəb olduğunu bildirirlər.

Qeyd edək ki, müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol