MÖVQE DƏRSİ və MÖVQESİZLİK DƏRDİ
Xalid NİYAZOV
Kitabımı vərəqləyirəm.
2001-ci il dekabrın 12-də “Azərbaycan” qəzetində dərc edilmiş məqaləm elə beləcə də adlanırdı – “Mövqe dərsi yaxud Gurultulu alqışların arxasında qalan mətləblər”.
Rəhmətlik Əmir Mustafayevdə əsil yazıçılıqdan irəli gələn bir cəsarət vardı və onun baş redaktorluğu dövründə bu cür yazılar işıq üzü görə bilirdi.
Nə isə... həmin məqalə, daha doğrusu onun sərlövhəsi niyə yadıma düşdü?!
Son vaxtlar ən müxtəlif düşərgələrdən, cərgələrdən, çap və on-line mediadan, sosial şəbəkələrdən kütləvi auditoriyaya belə bir ritorik xitab səslənir – Mövqeyinizi bildirin!
Hələ Heydər Əliyevdən sitat da gətirirlər.
Qəribədir, unudurlar ki, zamanında elə həmin sitatı səsləndirdikləri nəşrlərin bəziləri söyüş, təhqir, böhtan “artilleriyasını” Ulu öndərə tuşlayıb “söz divanı” tuturdular. Söhbət bu cür mövqedənmi gedir?!
Bəlkə də kimsə qayıdıb deyə bilər ki, “köhnə palan içi qurdalamaqdan” nə fayda, günümüzə baxaq, barışcıl olaq.
Heç şübhəsiz, olaq! Dinimiz də bunu buyurur. Həzrət Əli (ə) söyləyirdi ki, düşməni məhv etməyin ən asan yolu onu dosta çevirməkdir.
Ancaq müasir reallığın da hər gün özünü təsdiq və sübut edən, az qala gözümüzə girib bəbəyimizə batan təshihləri mövcuddur. Qarnı ilə, rifahı xatirinə “haqq yoluna” gələnlər ən azından “Brutun” xələfləridirlər. Zaman və məqam marığına yatanlardır. Səməndər quşu ilə bağlı əfsanədə olduğu kimi, “qa” və “qu” bitəndən sonra illərdir ovutduqları kini xəncərə çevirib saplayacaqlar arxasında gizləndikləri kürəyə.
Bəlkə də elə belə məsləhətdir! Kimlərinsə işinə yarayır.
***
Doğrusu, bu gün siyasi leksikonun unudulmaqda olan, artıq arxaik sözlər cərgəsinə keçmiş və insanın bir fərd, sosium olaraq mənəvi libasını biçən mövqe, əqidə, şərəf, ləyaqət kimi kəlmələr və onların ifadə etdikləri dəyərlər barədə vaxtı-vədəsi gələndə (bəlkə də keçib - !) yazmaq fikrim vardı. Zatən, son illərin ictimai-siyasi reallıqları və bu zəmində aktuallaşan etik-əxlaqi transformasiyalar bu barədə danışmağa bolluca səbəb və mövzu verir. Ancaq deputat Siyavuş Novruzovun artıq dillərin qabarınamı deyim, əzbərinəmi deyim çevrilmiş “mövqe” çağırışından sonra qaçaraqda da olsa, bəzi məqamlara münasibət bildirmək qərarına gəldim.
Əslində, Milli Məclisin Komitə sədri və eyni zamanda YAP İcra katibi müavininin vaxt-bivaxt səslənən harayı səbəbsiz deyil. Onun əndişə və can yanğısı həmişəki kimi səmimi və təbiidir.
Bəli, bu gün Azərbaycan müəyyən bir inkişaf mərhələsini yaşayır, pozitiv dəyişikliklər göz qabağındadır, ölkənin də, cəmiyyətin də libası dəyişməkdədir. Ancaq ümumi narazılıq “zivəsindən” asılan problemlərin sayı da az deyil, ortada bir ovqatsızlıq ab-havası var, intizar var, narazı çöhrələr var. Üz gülmür, könül sevinmir. Bu, az şey deyil. Mövlana Cəlaləddin Rumi söyləyirdi ki, əgər sənin könlün varsa, könül Kəbəsini təvaf et. Torpaqdan, daşdan hörülmüş Kəbənin həqiqi mənası da könüldür.
Yaxından-uzaqdan ölkəmizə diş qıcayanlar, qaralama kampaniyası aparanlar, 90-cı illər və 2000-ci ilin birinci yarısındakı Azərbaycan radikal müxalifət mətbuatının söyüş estafetini bu gün Avropada dirçəldənlər var və bircə gün də olsun susmurlar, hərəkətdədirlər.
Belələrinə qarşı mübarizə aparılırmı? Söhbət hər “qrandqabağı”, mövsümi, “Atəş!” əmri veriləndən sonra adda-budda səslənən, - Bax haaa, mən də cavab verdim, lazımi yerə çatdırın! - tipli, konyunktur, dişsiz, “KP tarixindən” mühazirənin konspektinə bənzəyən leksik “diareya”dan getmir. Böyük hərflərlə MÖVQEdən gedir.
Təvazökarlıqdan hər nə qədər uzaq olsa da məhz bu günlə, günümüzün obyektiv reallıqları ilə səsləşdiyinə görə yuxarıda adını çəkdiyim “Mövqe dərsi” adlı məqaləmdən bəzi seçmələri təqdim etmək istərdim.
Sitatlar: “Ancaq bir düşmən də var ki, o daha təhlükəlidir... öz laqeydliyi, biganəliyi ilə. Sükutu, mövqesizliyi ilə. Baxmayaraq ki, özü də hakim komandaya mənsubdur, onun çörəyini yeyir, ancaq heç vaxt irəli çıxıb sinəsini bu komandaya tuşlanmış tənqidə, təhnizə, böhtana sipər eləmir”.
“Ölkə prezidenti dövlətə və dövlətçiliyə ünvanlanmış böhtanlara, söz təxribatına qarşı həmişə barışmaz və prinsipial mövqedə durmuş. Sözü məqsədə deyil, vasitəyə çevirənlərin layiqli cavabını vermiş və bunu hakimiyyət iyerarxiyasının bütün pillərində qərar tutmuş məmurlardan da tələb etmişdir. YAP-ın ikinci qurultayında (21 noyabr 2001-ci il) da partiyanın sədri Heydər Əliyev partiyanın hər bir üzvünü dövlət siyasətinin həyata keçirilməsində, müdafiə olunmasında, kütlələr arasında düzgün təbliğ edilməsində mübariz əsgər olmağa çağırdı. Göstərdi ki, müxalifət qəzetləri iqtidarı təhqir edirlər, şayiə, yalan və uydurmalar yazırlar: “Müxalifət müxalifətliyini etsin, amma ona cavab verilməlidir. Özü də tutarlı cavab verilməlidir. Ancaq tək-tək adamlar yox, bizim bir neçə qəzetimiz var, təkcə onlar yox, hər kəs öz yerində cavab verməlidir”.
“Qurultaydakı nitqində Heydər Əliyev dedi ki, mən prezidentəm və hələ uzun müddət də olacağam. Salonu susmaq bilməyən gurultulu alqış sədaları titrətdi.
Heydər Əliyev ölkənin yüksək tribunasından bədxah jurnalistlərin ünvanına söyləndi: - Ay vicdansızlar!
Bu dəfə də toplaşanlar ləzzətlə çəpik çaldılar.
Heydər Əliyev salondakıların bir qismini xalqın “qaymağı” adlandırdı.
Ürəklərinə nehrədən çıxmış təzə-tər yağ kimi yayıldı. Alqışlar... razılıq sədaları...
Və ölkə prezidenti ətrafındakı adamları müxalifətə cavab verməyə, onların çirkin əməllərini ifşa eləməyə, bir sözlə, ortaya mövqe qoymağa çağırdı.
Qurultaydan 14 gün keçib. Mən hələ də sadəlövhcəsinə düşünürdüm ki, qurultayın səhərisi olmasa da, iki-üç gün, lap bir həftə sonra Prezidentin çıxışından riqqətə gələn adamların qəzet redaksiyalarına yürüşü başlayacaq. Heyhat!
Gözləyirdim ki, Heydər Əliyevin hesabına tək özünün deyil, nəsil-nəcabətinin də “işıqlı, qayğısız və firavan” həyatını təmin etmiş, əynindəki corabından tutmuş milyonluq imarətlərinədək o Kişiyə borclu olan hansısa bir məmur əlində iki dəftər vərəqi içəri girib desin ki, mən bu kağızda Prezidentin çağırışına səs verib mövqeyimi bildirmişəm, xahiş edirəm dərc edəsiniz.
Əksinə, belələrinə bu və ya digər siyasi hadisə ilə bağlı müraciət edib fikrini öyrənmək istəyəndə - Sən Allah, xatanı məndən uzaq elə! - deyirlər”.
***
“Tak çto”, Siyavuş müəllim, bu “mövqe” məsələsinə münasibət 18 il əvvəl də belə olub və bu gün də ondan heç nəyi ilə fərqlənmir. Çünki mövqe bildirməli olanlar ya həmin adamlardır, ya onları həmin vəzifələrdə əvəz edən özlərindən də betər övladlarıdır, ya da ki, ümumiyyətlə hakimiyyət süfrəsinə “hazır kökə” kimi düşmüş indefferent kəsimdir. İndi siz kimdən Mövqe gözləyirsiniz?
Belələri üçün mövqe az qala bu kəlmə ilə sinonim təşkil edən digər dəyərlər kimi çox, həm də çox “defisit”, nimdaş və ucuz mətahdır.
Qəribədir, “doymuş məhlul” təsiri bağışlayan, bəzən isə siyasi mübarizənin hansı “qaşıqla yeyildiyindən” bixəbər adam təsiri bağışlayan bu “elita”nın bir qismi ya Prezidentin, yaxud da onun köməkçisi Əli Həsənovun konkret məsələlərə şəxsi münasibətindən sonra ortaya nəsə “mövqefason” bir şey atırlar.
Mövqe və məddahlıq kəlmələrini yalnız əvvəlindəki “m” hərfi yaxınlaşdırır. Və qeyri-səmimi, yaltaq, savadsız, konyunkturçu adamlarda “mövqe” etirafı prosesi çox süni, bakılılar demişkən “geydirmə”, naxçıvanlıların ibarəsi ilə ifadə etsək “donquli” alınır. Çünki həqiqi mövqe yalnız cəsarətli, sədaqətli, qəlbi və əməlləri ilə pak, içində həqiqi millət və dövlət sevgisi gəzdirən adamlarda olur.
Qəlp adamlara Ulu öndərin münasibəti məlumdu!
Və söz vaxtına çəkər deyiblər, səhv etmirəmsə 1999-cu ildə, düz 20 il əvvəl İlham Əliyev də jurnalistlərə verdiyi müsahibələrindən birində dünyada ən çox xoşlanmadığı məziyyətlərdən birinin məhz məddahlıq olduğunu bildirmişdi.
***
Bir halda ki, yazıya YAP funksionerinin çağırışına “nəzirə” ilə başladım, davam edim. Siyavuş müəllim “mövqe” tələb edərkən ... bu gün Azərbaycanda fəaliyyət göstərən, müstəqil dövlətimizin inkişafından bəhrələnən biznesmeni də, sahibkarı da, digərlərini də nəzərdə tutduğunu, bu məsələnin sıravi vətəndaşdan tutmuş ən yüksək səviyyəli məmuradək aidiyyəti olduğunu ifadə edir.
Düzü, mən bu məsələnin bu gün də ehtiyac içində çabalayan, məmur özbaşınalığından zillət çəkən, ədalət sorağında baş vurduğu qapıların kandarındaca səntirləyən orta statistik vətəndaşa nə qədər dəxli olduğunu, onun “mövqe” söhbətinə nə qədər isti yanaşacağını söyləməyə çətinlik çəkirəm.
Amma qolları biləyinə, dirsəyinə deyil, çiyninədək hakimiyyət “piroquna” girmiş funksionerlər ortaya nəinki mövqe, hətta canlarını belə qoymalıdırlar... zira, onların itirəcəyi çox şey var.
***
Bu gün, elə dünən də Azərbaycanda siyasi mübarizə (oxu: imitasiyası - !) məhz mətbuatda getdiyi üçün ideoloji təbliğat məsələsində (bu ayrıca yazının mövzusudur - !) bəzən jurnalistlərdən umsuqluğun “dozası” da artır. Obyektiv səbəblərlə yanaşı, subyektiv səbəblər də var. Lap elə şifahi xalq ədəbiyyatından “Cırtdanın nağılı”nda olduğu kimi: - Nənəm sənə yağ dürməyi verib ki!...
Bəli, Prezidentin ev verdiyi jurnalistləri xaricdə birilərinin bəsləyib, hazırlayıb, qızışdırdığı söyüşcül xor kapellasına “mütəşəkkil yaylım atəşləri” ilə cavab verməyə çağırırlar.
Bəli, Prezident iqtidar-müxalifət demədən, ortada heç bir təmənna güdmədən jurnalistə bundan sonra 50 il də işləsə ala bilməyəcəyi mənzil bağışlayıb. Müftə-müsəlləm! Və əgər sonradan ortaya hansısa “Cırtdan” ritorikası çıxacaqsa, heç nə, həmin təşəbbüsə bir çırtıq.
Kimdə vətəndaş məsuliyyəti, dövlətçilik təəssübü varsa, o ev olsa da, olmasa da mövqeyini ortaya qoyasıdır. Zatən, əsil jurnalist bu dövlətin, bu Vətənin əlində qələm, cibiboş, ürəyi sevgiylə silə əsgəridir!
Hesab edirəm ki, həmin mövqeni bu dövlətin, bu iqtidarın, nəhayət, Heydər Əliyevin, İlham Əliyevin çörəyini yeyib hadisələrə az qala açar deşiyindən baxanlardan, lazımı anda yaxasını kənara çəkənlərdən tələb etmək lazımdır.
Prezidentin ənam etdiyi vəzifənin hesabına hədsiz sərvət toplayan, kasıba bir manat qıymayıb məşuqəsinə 100 min dollarlıq maşın bağışlayan, ölkəsində bir ağaca bircə stəkan su verməyib xalqdan talan etdiyi varidatla xaricdə şirkətlər quran, malikanələr alan məmurlardan, sahibkar-deputatlardan tələb etmək lazımdır.
***
Bəli, mövqe həm də əxlaq, mənəviyyat məsələsidir.
Hər bir cəmiyyətdə bu cür yüksək dəyərlərin daşıyıcıları onun elitası, ziyalıları, yaradıcı adamlarıdır. Ancaq böyük hesabla bu imperativ də Azərbaycan üçün nəzərdə tutulmayıb. Bizdə ziyalı kəsimin çox məhdud bir çevrəsi iqtidar və dövlət başçısı söyüləndə cınqırını çıxarır.
Ancaq adamın üstündə Allah var... Azərbaycan bəlkə də yeganə məmləkətdir ki, burada yazıçıya, şairə, rəssama, incəsənət adamına bunca, bəzən isə bəlkə də heç haqq etmədikləri böyük xətir-hörmət qoyulur. Özü də lap elə azərbaycansayağı “hörmət” mənasında.
Heydər Əliyevin də, İlham Əliyevin də, xüsusilə Mehriban Əliyevanın xeyirxahlıq, səxavət və şəfqətindən pay alanların sırasında onların adı başdadır.
Özləri təqaüdlü, orden-medallı, balaları vəzifədə və s. və i.a.
Faktlara keçək: Heydər Əliyev 2001-ci il iyulun 16-da xarici ölkələrin KİV rəhbərləri ilə görüşündə deyirdi: “Bəzi insanlar bu qəzetləri (müxalifət qəzetlərini - !) oxuyurlar. Nə üçün? Çünki görsün ki, özü haqqında bir şey yazıblar, ya yox... Soruşuram ki, sən mənim haqımda neçə dəfə yazıldığını oxumusan, bu səni niyə narahat etmir? Axı, mən prezidentəm, sənə böyük etimad göstərərək bu və ya digər vəzifəyə təyin etmişəm. Nə üçün mənim haqqımda yazılanlara münasibət bildirmirsən, özün barəsində yazılanlara isə reaksiya verirsən?!”
Bir başqa sitat: “... Götürün o qəzetləri, bir statistika aparın. Məsələn, “----” (siyasi etika xatirinə qəzetin adını çəkmirəm – X.N) qəzetində Heydər Əliyev haqqında necə dənə böhtan məqaləsi gedibdir. "Azadlıq" qəzetində neçəsi gedib, o birisində neçəsi gedibdir. Hamısını bir yerə yığsaq, Heydər Əliyevin əleyhinə gündə yüzə yaxın yalan, böhtan, iftira, uydurma yazırlar. Bəs mən insan deyiləmmi? Bəs mən necə dözürəm və nə üçün dözürəm?"
İndi gəlin, barmağımızı qatlayaq: hansı nazir, komitə sədri, icra başçısı, şair, yazıçı və s. belə bir “mövqe örnəyi” ilə “fəxr edə” bilər?
Bəs deputatların neçə faizi?
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur!
Heydər Əliyevin comərdliyinə namərdliklə cavab verənlər, yaxşılığının qabağına pislik çıxaranlar, xeyirxahlığını itirənlər, müxtəlif məclislərdə şəninə lüzumsuz fizulluq edib ovuclarının içi suluqlananadək çəpik çalanlar lazım olanda susub gözə görünməməyi, buqələmun kimi min bir cildə girməyi əfzəl sayırlar. Belələri yalnız öz problemlərindən, qayğılarından, iqtidardan nəinki övladına, hətta nəvələrinə də mənzil qopartmaqdan, fəxri ad, təqaüd, vəzifə almaqdan söz düşəndə bülbül kimi ötürlər.
Bəlkə bu gün vəziyyət elə deyil, dəyişib?!
Siyavuş Novruzov həmin adamları yaxşı tanıdığından onlardan ummaqda da haqlıdır.
***
5, 6, 7 dekabr 2003-cü il. Yenə də hər nə qədər təvazökarlıqdan uzaq olsa da çalışdığım qəzetin həmin saylarında “Ləkəli ayna. Mətbuatımız, təbliğatımız və mənəviyyatımız haqqında düşünərkən” adlı iri həcmli məqaləm dərc olundu. Əgər tarixə diqqət etdinizsə, ölkədə təzəcə prezident seçkiləri keçirilmişdi və həmin mübarizədə uğur İlham Əliyevin tərəfində olmuşdu. Və hər şeyin dəyişəcəyinə ümid belə bir yazının yaranmasını səbəbləndirmişdi. Başqa cür necə ola bilərdi ki?! İdeoloji siyasətin vacib ünsürü olan təbliğatın texnologiya, prinsip və mahiyyəti dəyişdikdən sonra mənəviyyatda da pozitiv dəyişikliklər gözləmək olardı, yenə də heç şübhəsiz, cəmiyyətin ictimai fikir aynası olan medianın səhhətində müəyyən irəliləyişlərin baş vermə ehtimalı yüksələcəkdi.
Üç səhifəlik yazını üç cümləyə yerləşdirmək mümkünsüz olduğundan bircə məqama toxunacağam.
Məqalədən sitat: “Nə yazıq ki, Heydər Əliyevin səxavət və şəfqət süfrəsindən barınanlar minnətdar olmağı bacarmırlar. Ev, bağ, fəxri ad, əhli-əyalına vəzifə lazım olanda az qala Heydər Əliyevin keçdiyi yollarda işıq dirəklərinə dırmaşıb diqqəti cəlb eləməyə çalışan, yaxud səfeh-səfeh şer və roman quraşdıranlar mövqe nümayiş etdirmək, müxalifətin ədalətsiz çıxışlarını mühakimə etmək lazım gələndə ya qeybə çəkilirlər, ya azarlayırlar, ya da vaxtları olmur. Çoxları prezidentin onlara vermiş olduğu evdə ayaqları ayaqlarının üstündə mürəbbəli çaydan içə-içə həmin prezident haqqında iftira və böhtan dolu yazıların dərc olunduğu qəzetləri oxusalar da, səhərisi hansısa bir redaksiyaya gedib etiraz səslərini ucaltmırlar. Bax beləcə, çörəyini yedikləri Kişinin çörəyini duzsuz-urvatsız eləyirlər. İç üzlərini aça-aça, uca kürsülərdən danışsalar da, həqiqətdə cılız və miskin biri olduqlarını ortaya qoya-qoya”.
Bəlkə bu gün elə deyil, həzərat?!
Sinəsində orden-medalı düzməyə yer tapmayan, Prezidentdən, Birinci xanımdan löyün-löyün ənam alan hansı şair, yazıçı, rəssam, müğənni sərasər neçə aydır ölkənin sərhədlərindən uzaqda səslənən təhqir və söyüşlərə cavab verib?! Axı, bunun üçün heç xaricə getməyə də lüzum yoxdur, elə evinizdəcə iki-üç cümlə qaralayıb göndərin qəzetlərə, saytlara... içinizdə mənəvi rahatlıq yaransın deyə.
Qorxmayın, sizi söyməyəcəklər, onsuz da həmin mətbuatı özümüzdən savayı oxuyan yoxdur.
Yoxsa hansısa nazir, komitə sədri, icra başçısı, şirkət rəhbəri, bank müdiri bir sözlə, bu dövləti sağmal inək kimi sağan məmur ya iş adamı cibindən beş manat çıxarıb verib ki, ay müxbir, ay blogger, qadan alım, al bu pulu, yandır o məni adam eləmiş Prezidenti təhqir eliyənlərin dədəsini?!
Niyə eləmirsiniz? Bəs necə yeyirsiniz o çörəyi? Niyə sizlərdən bir sorğu-sual eliyən yoxdur?
Jurnalistə verilən ev gözə girir, amma bunların xalqdan, dövlətdən taladıqları hesabına aldıqları yüzlərlə ev, bağ, obyekt və s. və i.a. halal imiş, hə?!
***
Yaxın keçmişə kiçik bir yaddaş ekskursu eləyib nöqtəni qoyuram.
İllər öncə, hələ ulu öndərin sağlığında şəxsən müşahidə etdiyim bir hadisəni bu gün də unuda bilmirəm. Azərbaycanın Müstəqillik günü ilə bağlı Dağüstü parkdakı Əbədi məşəlin önündə protokol tədbirləri başa çatdıqdan sonra ölkə prezidenti adəti üzrə qonaqlarla səmimi söhbət edirdi. Növbə incəsənət və mədəniyyət işçilərinə çatanda şux zarafatlarından qalmayan Heydər Əliyev bayaqdan qırsaqqız olub ondan əl çəkməyən qocaman şairin qulağına nə isə pıçıldayaraq paytaxtın merini səslədi. Sonralar təsadüfən öyrəndim ki, həmin şair prezidentin ona vermiş olduğu mənzilin təmiri və içinin mebelləşdirilməsi ilə bağlı xahiş edirmiş. Sağlığına qismət!
Bu, Heydər Əliyevin comərdliyi!
Həmin hadisədən bir xeyli keçmişdi. Müxalifət və yaramaz mətbuatı amansız xəstəliklə mübarizə aparan Heydər Əliyevə qarşı növbəti hədyan kampaniyasına başlamışdı. Prezident qürbətdə idi. Birdən yadıma həmin şair düşdü və şöbənin əməkdaşına onunla görüşüb bir ağsaqqal-ziyalı çıxışı hazırlamasını tapşırdım. Cavab qısa və konkret olmuşdu: – Yox!
Heydər Əliyevə xahişini çatdırmaq üçün fürsəti fövtə verməyən şair onun canına yerikləmiş alçaqlara cavab verməyə lüzum görməmişdi.
Bu da ziyalılarımızın bu gün də nöqtə-vergülünədək təkrarlanan cavabı.
***
Azərbaycanda 14 illik Birinci katib və 10 illik prezidentliyi dövründə Heydər Əliyevin hakimiyyətə gətirdiklərindən tək bircə təmənnası olub – Mövqe!
Ötən 16 ildə prezident İlham Əliyev də Vətən, xalq, dövlət yolunda elədiklərinin qarşılığında ətrafındakılardan bircə şey təmənnə edib – Mövqe!
Çoxmu çətindir, cənab məmurlar?!
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
insanlarin azad fikrine basqidir bu yazi...
Hörmətli Danışar və Yazar müəllim, hər kəsə qanuni bərabər hüquq verən ədalətlə xidmət edən Şəxsiyyətə mövqe, xüsusilə əks mövqelər heç lazım gəlmir. Müstəqil milli quruma, İqtisadi üstquruma, 25 il icrası kəskin qoyulmayan Qarabag həllinə və müdafiəsinə şüurlu mövqelər cəmiyyət üçün zəruridir.
Alqiwlar muellim,yaxwi yazidir hecimce biraz balaca alinib daha yeke yazmaq olardi,ну нечего страшного,gelen defe daha yeke yazarsiniz.Admine(AZsiyaset),muellim ,"eke"muraciet formasi sizi qorxutmasin,soyuw,tehqir,dini irqi ayri seckilik deyil sadece по узбекский muellim demekdir.Alqiwlar butun muellimlere. P.S.Admin eke,by alqiwlarin bawqa alqiwlara hecbir aidiyati yoxdur,только muellife aiddir.
Sinəsində orden-medalı düzməyə yer tapmayan, Prezidentdən, Birinci xanımdan löyün-löyün ənam alan hansı şair, yazıçı, rəssam, müğənni sərasər neçə aydır ölkənin sərhədlərindən uzaqda səslənən təhqir və söyüşlərə cavab verib?! Axı, bunun üçün heç xaricə getməyə də lüzum yoxdur, elə evinizdəcə iki-üç cümlə qaralayıb göndərin qəzetlərə, saytlara… içinizdə mənəvi rahatlıq yaransın deyə. Men isterdimki hemin yazicilar buna lazimi cavabi versin. Bu memleketde hansi yazicinin doshunde yer tapilmir orden medal uchu
------------
Bəs hökumət özü həmin o mövqe bildirməyən talançı, cinayətkar məmurları cəzalandırmaq əvəzinə, niyə burdan götürüb başqa yerə qoyaraq onları dolayısı ilə himayə edir???
Doqrudanda acinacaqlidir.Hakimiyyet xalqin boqazindan kesib memurlara,deputatlara milyonlara sahib olmaqa imkan verib,onlar coreklerini dizinin ustune goyub basinin cibinini qovmaqla mesquldurlar.Sanki her seye alin teri ile nail olublar.
... demokratik olkelerde movqeyini bildir ifadesi esl barbarliqdir. o ki qaldi milyonlar talayanlara onlar cezasizliq muhitinden yararlandilar ve zengin oldular. bes hakimiyyet niye o talancilara oz sert movqeyini ortaya qoymzdi
.... Bu ne sayaq feodal dushuncesidir, bu ne sayaq gece gunduz minilib seyirdilen milleti talayanlara dem tutmaqdir. Bu dovlet bir qrup yirtici məmura ve menfetperestemi xitmet etmelidir. Bele dushunceni oxuyan Qarabaq ermenisi sizin inkishaf eden dovletinize geri qayidarmi? Siyavushun bu millete etdiyi heqaretler yalanci parlamentin tirbunasindan seslendiyi fikirlere niye cavab veren olmur, chunki ozleridir, milletin milyardları mənimsənilib, bundan yazın...
Bunlar ... bir tük prinsipi ilə hərəkət ediplər və birdə ..xa batmaq istəmirlər.
Mən də jurnalistəm. Azərbaycan Mətbuat Şurasına neçə ay əvvəl mənim bir yazımdan bir məmur şikayət vermişdi. Şurada müzakirə gedirdi. Vaxtilə cəbhəçi, indi YAP-çı olan İH üzvü mənə deyirdi ki, niyə qarşı tərəfin mövqeyini soruşmamısınız? Deyirəm ki, bu yazıda mövqe soruşmalı bir tələb, zərurət yoxdur. Hətta başqa bir İH üzvü isə (əvvəl musavatçı olub) deyir ki, yox, siz rəsmi sorğu verib mövqe öyrənməli idiniz. Ümumiyyətlə, MŞ-da 90 faiz keçmiş AXC, Musavat, ADP üzvləridir
HESAB EDIREM KI,BUNLARDAN ADAM OLMAYIB ,OLMAYAJAQDA.WUBHESIZ KI,ZAMAN GELEJEK,HEQIQET PARILDAYAJAQ.ALLAH BU SOZLERI DEYENI REHMET ELESIN...
Bu yazını böyük ürək ağrısız oxumaq olmur: bu nə məntiq, bu nə yanaşma? Bu gün 25 ildə yaranmış böyük problemlərin içərisində caba verən millətə kim "movqe" deməlidir? Allahın verdiyi ruzi ilə yox, kiminsə verdiyi çörəklə yaşayanlarmi? Xalqdan yox, kimlerdense mandat alanlarmi? Əməyi ilə yox, kimlerinsə vasitəsilə sahib olduğu kürsü ilə var dövlət sahibi olanlarmi? Yoxsa məddahliqla hansısa "işini aşiranlar"mi?...Deyək ki, dedilər, kim inanacaq, nə dəyişəcək?... ..