Menu

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək" - DEPUTAT

21.02.2019, 11:59
“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək" - DEPUTAT

"Hesab edirəm ki, problemli kreditlərlə bağlı məsələlər ölkə başçısının diqqət mərkəzindədir. Bizim problemli kreditlərlə əlaqədar ölkə başçısına müraciətimiz də olmuşdu. Hökumət də bu məsələyə baxılması üçün Mərkəzi Banka, Maliyə Bazarlarına Nəzarət Palatasına və ayrı-ayrı qurumlara tapşırıqlar verib və baxırlar. Yəqin ki, hökumət bu məsələ ilə bağlı hər hansı bir qərar verəcək”.

Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat problemli kreditlərlə bağlı məsələlərin həllini tapmasının tərəfdarı olduğunu bildirib:

"Çünki problemli kreditlərlə bağlı məhkəmələrdə xeyli işlər var. Bu problemin həlli Azərbaycanın maliyyə bazarına və bankların sağlamlaşdırılmasına müsbət təsir edər. Hesab edirəm ki, ölkə başçısının diqqət mərkəzində olan məsələ olduğu üçün bu məsələ yəqin ki, öz həllini tapacaq”.

Vahid Əhmədovun aldığı məlumata görə, hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 600 milyon manatdır:

"Əvvəl isə bu rəqəm 1 milyard 800 milyon manat idi. Deyirlər ki, guya 200 milyon manat azalıb. Amma burada əsas bizi narahat edən imkansızlıqdan krediti ödəməyən və aşağı təbəqənin insanlarıdır. Bu şəxslər barədə məlumat banklarda da var. Yəqin ki, problemli kreditlərlə bağlı məsələlər öz həllini tapacaq”.

Qeyd edək ki, deputat Vahid Əhmədov parlamentin əvvəlki iclaslarında ölkə prezidentinə problemli kreditlərin həllinə dəstək verməsi ilə bağlı müraciət etmişdi.

Şərhlər

EJDER 2019-02-21 11:59:46

SIZ NECE ILDI KI,BU PROBLEMI QALDIRISINIZ.CIFAYDA...HOKUMETIMIZ HER HANSI PROBLEMIE DERHAL REAKSIYA VERDIYINI DEYIR,GUYA...BESDIRIN NAQIL DANIWDINIZ,REAL IW GORMEK LAZIMDIR...WIROKO WAQAYET AZEBIJAN...NAQILI DAVAM EDIR.BELE ANALOQU OLMAYAN INKIWAF OLMUR...HAMISI BOW BOW RWQEMLERDI...WEREF WOHRET ORDENLERIDI,GORBAGOR LENIN ORDENININYERINE,KECECI BAYRAQLARDI VE IWQAL OLUNMUW VETENIMIZ...VAXT GEDIR,DIQALARI EZMEK MEQAMIDI,HAYDI IRELI,YA ALLAH

VƏTƏNDAŞ 2019-02-21 11:59:46

gəlir vergisində özəl və dovlətdə işləyən az maaş alanari ayrı-seçkilik etmək duz deyil.onda dövlətdə işləyənlərin də siğorta faizini 3%-dən 5%-ə qaldirmaqla gəlir vergisini 14%-dən 5və ya 6%ə endirmək lazımdir İşəğötürənlərçun də siğörta faizini 22%dən 20%-ə endirməklazimdir ki BU da imkan verər ki muəssisələr də 2 % də ozləri işçilərin maaşinaxərcləsinlər .Bu daha ədalətlı və sosial bərabərlik təzahuru olardı

Azər 2019-02-21 11:59:46

Vahid müəllim.pensiya islajatina ehyiyac var.Heç olmasa 3o və ya 35 il staji olanlara güzəşt tətbiq ölunmalı.hər il 10%çıxılmaqla pensiyaya vaxtindan əvvəl çıxmaq istəyənlərə şərait yaradilmalıdir Eyni zamanda iş staji və yaşı toplanmaqla 100 modelınə də baxmaq olar.Bu barədə xarici ölkələrin təcrubəsindən yararlanın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol