Menu

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

21.02.2019, 16:39
Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş S.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun martın 15-nə təyin edilmiş iclasında baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol