Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.
Son proseslərdən olan “Azərbaycanlılarla çeçenlər arasında qalmaqal”da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.
Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsində olduğunu deyib.
Qeyd edək ki, Fuad Abbasov uzun illər Türkiyənin nüfuzlu informasiya agentliklərinin nümayəndəsi kimi Moskvada fəaliyyət gösətərib. Hazırda qurduğu “MİSRA” təşkilatında çalışır.


Şərhlər
Fuad Abbasov Azərbaycan xalqının qeyrətli oğludur.Əziz millətim biz onu kim necə bacarırsa müdafiə etməlidir.Bu məsələ tək Fuad Abbasovun deyil,bu bizim millətimizin ləyaqət imtahanıdır.Həmvətənimizi mənfur düşmən qarşısında tək qoymayaq.Xüsusən də Rusiyada yaşayan azərbaycanlılara müraciət edirəm.Sübut edək ki,biz də lazımı məqamlarda birləşə bilirik.
Azerbaycan sefirliyi hara baxir?Sizin basiniza bir Allah elemesin gelse biz serefsizliyimiz olar
Neçə illərdi təkbaşına ermənilərlə , arvadı erməni və qızını da erməniyə verən və buna görədə azərbaycanlıların diaspor rəhbəri təyin olunmuş A.Kərimovla vuruşur.Ermənilərin mövqeyini mudafiyə edən hörmətli diaspora rəhbərimiz istəmir ki,belə vətənpərvərlər Moskvada fəaliyyət göstərsin.Mudafiəsiz və çoxsaylı duşməni olan F.Abbasov ən yaxşı halda Moskvanı tərk etməyə məhkumdur
Bismillahir-Rəhmanir-Rəhim Hörmətli oxucular xahiş edirəm Fuad Abbasov kimi Azərbaycan xalqının qeyrətli oğlunun yanında olaq.Azərbaycanın ancaq bir düşməni var o da ermənilərdir!Onlar daha təhlükəlidirlər!Mövqeyinizi bildirin,ay millət sahib olaq Fuad Abbasova.Bütün sayt rəhbərliyi biləşin TƏCİLİ hesab açın xalq öz qəhramanına maddi yardım etmək istəyir.TƏCİLİ pul toplama kompaniyasına başlamaq lazımdır. Bunu Sosial şəbəkələrdə yaymaq lazımdır.Mən hazıram 10 dollar derhal keçirməyə.