Menu

Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə tapılıb

24.02.2019, 13:10
Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə tapılıb

Yerevanda 8 yaşlı uşaq asılmış vəziyyətdə aşkarlanıb.

Məlumata görə, hadisə Şenqavit rayonunda baş verib. Bildirilir ki, Ermənistanın İstintaq Komitəsinin Yerevan şəhərinin İstintaq İdarəsinin Şenqavit üzrə İstintaq Bölməsində 8 yaşlı uşağın ölümünün başvermə şəraitinin müəyyənləşdirilməsi üzrə materiallar hazırlanır.

İlkin məlumata görə, polis bölməsinə tibb mərkəzlərindən birinə 2010-cu il təvəllüdlü paytaxt sakininin ölü vəziyyətdə çatdırılması barədə məlumat daxil olub. Operativ-istintaq qrupu xəstəxanaya gedib.

Məlum olub ki, Şenqavitdə 18 yaşlı gənc 8 yaşlı qardaşının cəsədini asılmış vəziyyətdə aşkar edib. Hazırda azyaşlının ölümünün başvermə şəraitinin müəyyənləşdirilməsi üzrə istintaq aparılır.

Qeyd edək ki, Ermənistanda intihar cəhdlərinin sayı 20 faiz artıb. (Report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol