Menu

Televiziya aparıcısı israilli əsgərləri “heyvan” adlandırdı - İsraildə qalmaqal

24.02.2019, 19:10
Televiziya aparıcısı israilli əsgərləri “heyvan” adlandırdı - İsraildə qalmaqal

İsrailin məşhur televiziya aparıcısı Oşrat Kotler dünən 13-cü kanalın efirində İsrail ordusunun əsgərlərinin Givat Asafda törədilmiş terror aktından sonra saxlanılmış, qollarına qandal vurulmuş iki fələstinlini döyməsi səhnəsini şərh edib.

Hadisəni araşdırarkən Kotler deyib: “Biz uşaqlarımızı orduya, ərazilərə yollayırıq və geriyə heyvan qəbul edirik. İşğalın nəticələri belədir”.

İttiham edilən əsgərlərin valideynləri birgə bəyanatla çıxış edərək, Kotlerin şərhlərini “təəssüf doğuran və iyrənc” adlandırıblar. Valideynlər yazıblar: “Kotler bu əsgərləri tanımır, lakin onları dəhşətli sözlərlə adlandırır. O, əsgərləri məhkəməsiz təqsirkar elan edib”.

İsrailin baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib: “Mən əsgərlərimizlə fəxr edirəm və onları çox sevirəm. Kotlerin şərhləri qınanmalıdır”.

13-cü kanal da bəyanat verərək bildirib: “Oşrat Kotler öz mövqeyi olan və özünə arxayın jurnalistdir. O, ara-sıra, başqa jurnalistlır kimi, başqa mövqelərdən fərqli mövqeyini bildirir. Oşrat sırf şəxsi fikrini ifadə edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol