“Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.
“Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”, - dövlət başçısı əlavə edib.


Şərhlər
Kasib 5000 artiq kredit borcu yoxdu cünki verməyiblər özləri 100 150 200 min ğötürüblər ona ğörədə 5000 artiq silinməsin ...
Düzdür bunlar ola bilər ki milyardları kredit yolu ilə talayanların da kreditlərini silə bilərlər. Ancaq bu kredit silinməsi talançılara aid ola bilməz. Məsələn 20 qədər məişət və kiçik biznes kreditləri birdə ipoteka kreditləri silinsə yaxşı olar. Ancaq bu heç vaxt TALANÇILARA aid edilməli deyil. Əgər elə olsa deməli hakimyət talançıları müdafiə edir adlanacaq.
Burda da mangurtlar udacag.Bunlardan milyard da kredin goturen var.Bu ad altinda hamisini sile bilerler./Sade adamlarin ise 3-5 krediti ola biler.Buna digget yetirilmelidir.Mes.,E.Rustemovun 700 milyondan yuxari krediti var,o niye silinmelidir?Haci Ibrahimin,daha kimlerin,niye silinmelidir.Silinen kreditler barede melumat verilmelidir.