“Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsi və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
O bildirib ki, bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm də meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda meşələrin yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.
Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlı olur: “Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsız davranması nəticəsində meşə yanğınları baş verib. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlərlənmə işləri aparılır. Meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq”.
O vurğulayıb ki, söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir: “Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir. Ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub”.


Şərhlər
Canab nazir Muxtar Babayev.Qax rayonunun Qasqacay kandinda 100 ha dan cox mesa qirilib satilib.O kanddaki butun mesalari yoxlamaq lazimdir.Man bela mesalari Alyaskada qormysam. Mesalari mahv etmak ucun ora yeni yol da cakilib.
Qax rayonununQasqacay kandinda yuz hektardan artiq mesa qirilib satilib , xususila kanddan yuxarida,ora hatta taza yol da cakilib, man bela mesaliya yalniz Alyaskada rast galmisam canab Muxtar Babayev bu kandin mesalarini yoxlatmaq lazimdir.
Dənizə baxmaq pulludur. Meşəydə gəzmək və istirahət etmək, piknik də yəqin Avropa qiymətlərinə cavab verər.Duz edirlər,niyə camaat gedib meşədə istirahət etməlidir.Gunu,bir muəllimin bir aylıq maaşına,pensiyaçının iki aylıq maaşına bərabər özlərinin istirahət mərgəzləri boş qalmamalıdır ki.