Menu

Putinlə Ərdoğan arasında telefon danışığı olub

26.02.2019, 14:44
Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” “Sabah”a istinadən xəbər verir ki, Rusiya lideri Türkiyə Prezidentini doğum günü münasibəti ilə təbrik edib.

V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, bu ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il fevralın 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Bu gün onun 65 yaşı tamam olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol