Menu

Qazaxıstanda hakim partiyanın binası qarşısında aksiya keçirilib

27.02.2019, 14:26
Qazaxıstanda hakim partiyanın binası qarşısında aksiya keçirilib

Bu gün Qazaxıstan paytaxtı Astana və Alma-atı şəhərlərində hakim Nur Otan Partiyasının binaları qarşısında etiraz aksiyası keçirilib.

“Report” “Fergana”ya istinadən xəbər verir ki, etirazçılar gənclər üçün yeni iş yerlərinin açılmasını, ölkədə islahatların keçirilməsini, Nur Otan Partiyasının sədri, Prezident Nursultan Nazarbayevin istefasını tələb ediblər.

Hüquq-mühafizə orqanları aksiyada iştirak edən onlarla şəxsi saxlayıb.

Fevralın 27-də Nursultan Nazarbayevin sədrliyi ilə hakim partiyanın XVIII qurltayı keçirilir. O, qurultaydakı çıxışında dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxslərin maaşlarının 30 faiz artırlması barədə tapşırıq verib.

Qeyd edək ki, fevralın 21-də Qazaxıstan hökuməti istefaya göndərilib.

Şərhlər

EJDER 2019-02-27 14:26:10

BRAVO NAZARBAYEV....NURSULTANDAN MUQAYAT OL...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol