Menu

"Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi" - Pompeo

28.02.2019, 12:50
"Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi" - Pompeo

"ABŞ və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) daha əvvəl Sinqapurda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Hanoyda jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Maykl Popmeo deyib.

O, ABŞ və KXDR liderlərinin əldə etdikləri irəliləyişi müsbət qiymətləndirib, amma daha çoxuna nail olmağın qeyri-mümkünlüyünə görə təəssüfləndiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ KXDR ilə danışıqlarda istədiyini ala bilməyib: "Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi".

M.Pompeo əlavə edib ki, rəsmi Vaşinqton və Pxenyan nüvəsizləşdirmə mövzusunda danışıqları davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol