Menu

BMT: "İŞİD darmadağın edilib"

28.02.2019, 22:16
BMT: "İŞİD darmadağın edilib"

İŞİD terror qruplaşması darmadağın edilib, amma onun dirçəlişi təhlükəsi qalır.

"Report" "İzvestiya.ru"ya istinadla xəbər verir ki, belə xəbərdarlıqla BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.

"Sülh nailiyyəti ilə bağlı məsələ öz miqyası və çətinliyinə görə böyükdür. İŞİD öz yerində məğlub edilib, amma təcrübə göstərir ki, o, yenidən yarana bilər", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada və İraqda bu ölkələrin hakimiyyətlərinin razılığı olmadan İŞİD-ə qarşı mübarizə aparır. Daha əvvəl bildirilib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol