"AZƏRBAYCANDA OĞRULAR ÖZLƏRİNİ "CƏMİYYƏTİN ELİTASI" SAYMAĞA BAŞLAYIB" - İlyas İsmayılovdan sərt tənqid

"Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən cinayət qanunu da qəbul edilməlidir"

“Ciddi, sistemli islahatlar üçün öncə hakimiyyətin korrupsiyaya qarşı mübarizə siyasətində əsaslı dönüşlər edilməli, görüntü xarakterli addımlardan real işə keçilməlidir. Çox dəhşətli haldır ki, artıq Azərbaycanda oğru və korrupsionerlər özlərini “cəmiyyətin elitası” saymağa başlayıblar. Əgər bir cəmiyyətin elitası oğru və korrupsionerlərdən ibarət olacaqsa, onun hansı gələcəyindən söhbət gedə bilər, orada hansı effektiv islahatlardan danışmaq mümkündür?!” 

"AzPolitika.info"nun məlumatına görə, bu fikirləri Strateq.az-a açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru, sabiq Respublika prokuroru İlyas İsmayılov son vaxtlar hakimiyyətin elan etdiyi “sürətli islahatlara başlamaq” kursunun nə dərəcədə effektiv olub-olmamasıyla bağlı suala cavab verərəkən deyib.

İlyas İsmayılov xüsusi vurğulayıb ki, fundamental islahatlar üçün öncə cəmiyyətdə siyasi inam yaradılmalı və bu məqsədlə də xüsusilə dövlət aparatını sarsmış korrupsiyaya qarşı ciddi mübarizənin aparıldığı iradəsi ortaya qoyulmalı, korrupsioner imicli rəhbər vəzifəli şəxslər işdən kənarlaşdırılmalıdır: “Əgər korrupsiyaya qarşı mübarizə aparmalı olanların özlərinin malik olduqları sərəvətin mənbəyi korrupsiyadırsa, korrupsiya mövcud sistemin dayanıqlılıq motivinə çevrilibsə və ölkənin “siyasi elitası” sayılan şəxslərin də əksəriyyəti cəmiyyətdə korrupsioner olaraq qəbul edilirlərsə, belə bir idarəetmə komandası korrupsiya ilə necə mübarizə apara və ya hansı islahat həyata keçirə bilər? Korrupsiya ilə əsaslı və sistemli mübarizə üçün, ilk növbədə, idarəetmə aparatında ciddi dəyişikliklər edilməli, bulaşıq imicli rəhbər kadrlar təmiz, vicdanlı, dürüst şəxslərlə əvəzlənməli, bu zaman da qohumçuluğa, yerlibazlığa qətiyyən yol verilməməlidir. Yalnız bundan sonra cəmiyyətdə hakimiyyətin siyasətinə inam yaranar və bu inam da ciddi islahatlar üçün yaxşı bir bünövrə olar”.

İlyas İsmayılov deyib ki, dünyanın mütərəqqi ölkələrinin korrupsiyaya qarşı sınaqdan çıxarılmış mübarizə təcrübəsi var və örnək olaraq, dəfələrlə bu ölkələrin təcrübəsindən yararlanmağı qabartsa da, hakimiyyət onun təkliflərinə əhəmiyyət verməyib: “Əvvəla, ölkənin birinci şəxsindən tutmuş axıra qədər hər bir hakimiyyət nümayəndəsi gəlirləri barədə deklarasiya verməlidir. Bizdə isə 2005-ci ildə qəbul edilmiş qanun hələ də icra edilmir. Soruşan da yoxdur ki, buna görə kim məsuliyyət daşıyır?

Daha sonra, hər bir məmur xərcləri barədə də deklarasiya təqdim etməlidir. Onda məlum olar ki, onun xərcləri gəlirlərinə nə dərəcədə adekvatdır? Təəssüf ki, bu haqda heç qanun da qəbul etmirlər.

Eyni zamanda, məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən cinayət qanunu da qəbul edilməlidir. Ancaq görürük ki, məhz o “korrupsioner elita” belə bir qanunun qəbul edilməsinə mane olur.

Nəhayət, bu bəla ilə mübarizə inhisarçılığın aradan qaldırılmasını tələb edir. Baxmayaraq ki, hələ 2006-cı ildə Rəqabət Məcəlləsi parlamentdə iki oxunuşda müzakirəyə çıxarılıb, ancaq hələ də onun qəbuluna imkan verilmir.

Əgər bu sadaladıqlarım yoxdursa, korrupsiyaya qarşı hansı effektli mübarizədən və ciddi islahatlardan söhbət gedə bilər?”

İlyas İsmayılov hesab edir ki, ölkəmizdə korrupsiya artıq xroniki xarakter alıb və bu, yaxın gələcəkdə çox böyük fəsadlara yol aça bilər: Korrupsiya həyatımızın bütün sahələrinə, habelə xalqın şüuruna təcavüz edərək, orada kök salıb. Əhali seyr edir, dedi-qodu, hiddət və qəzəblə kifayətlənir, fikrini demək üçünsə kütləvi aksiyalara icazə verilmir. Korrupsiyanın belə dözülməz hal alması və artan siyasi-iqtisadi gərginlik, gec-tez, hakimiyyətlə xalqın qarşılıqlı münasibətlərində ciddi fəsadlar verəcək. Axı yalanla, görüntü yaratmaqla hara qədər getmək olar? Bu yalanlardan doyan xalq artıq hakimiyyətə inanmır, ona etibar etmək hissini itirir. Mən deyərdim ki, məhz korrupsiya bu hakimiyyətin siyasi və mənəvi korroziyasının əsas səbəbidir”.

İlyas İsmayılov hesab edir ki, xalqın dözülməz vəziyyətinin başqa bir səbəbi korrupsiyanın nəticəsi olaraq istehlak mallarının sürətlə bahalaşması, əlçatmaz olması, dövlət orqanlarının, xüsusilə yol polisinin yüksək məbləğdə cərimələri, varlılarla kasıblar arasında təminat mənasında uçurumun daha da dərinləşməsidir: “Bütün dünya indi Çinin inkişafından danışır. Ancaq Çinin bu uğurlarının əsas səbəblərindən biri məhz korrupsiya ilə mübarizənin təşkilidir. Çinlilər bu mübarizəni sinfi mübarizə, başqa sözlə, ölüm-dirim savaşı səviyyəsinə qaldırıblar… Bizdə də belə olmalıdır – cəmiyyətin problemləri  ciddi şəkildə öyrənilməli, tədqiq edilməli və onların həllində hamılıqla – hakimiyyətlə xalq birgə, əl-ələ verərək iştirak edilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi yaratdılar və deputat Zahid Orucu da onun rəhbəri təyin etdilər. Mən Zahid Orucu yaxşı tanıyıram – öz üzərində çalışan, xalq üçün nəsə etmək istəyən adamdır, əminəm ki, o, cəmiyyətimizdəki bu sadaladığım problemlərin hamısını çox yaxşı bilir və fəaliyyətində korrupsioner məmur korpusunun deyil, xalqın maraqlarını əsas tutaraq, cəmiyyətimizdəki bu problemlərinin doğru-dürüst Prezidentə çatdırılmasında ortaya nümunəvi və cəsarətli mövqe qoyacaq”.

Hakimiyyətin ictimai fikrə məhəl qoymadığını vurğulayan İlyas İsmayılov onu da bildirib ki, cəmiyyətdəki problemləri etiraf etmək əvəzinə, onları gizlətmək, dilə gətirənlərin ağzından vurmaq siyasətinin həyata keçirilməsi də indiyədək ölkənin inkişafının qarşısını kəsən amillərdən olub: “Təəssüf ki, hakimiyyət cəmiyyətin içərisindən gələn ağıllı sözləri, təklifləri dinləmək istəmir. Bu da idarəedənlərin təkəbbüründən, xarakterindən qaynaqlanır. Nə qədər ki insanlara geniş hüquqlu vətəndaş deyil, rəiyyət, təbəə kimi baxılacaq, onların fikirləri dinlənilməyəcək, bu ölkədə həmişə problemlər olacaq və bu problemlər qar topası kimi böyüyərək bir gün hakimiyyətin çox öyündüyü sabitliyi də alt-üst edəcək. Əgər hakimiyyət bu xalqın, dövlətin gələcəyini düşünürsə, təkəbbürü yerə qoyub, cəmiyyətə açılmalı, siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətdən gələn bütün ağıllı təklifləri qəbul etməyi bacarmalıdır”.

Qeyd edək ki, İ.İsmayılov fikirlərinin sonunda hakimiyyətdəkilərə L.N. Tolstoyun məşhur  “İnsana çoxmu torpaq lazımdır?” adlı hekayəsini oxumağı da tövsiyə edib: “Bu əsərin qəhrəmanı Paxom adlı acgöz, tamahkar, həris bir kişidir. O, çoxlu torpaq almaq azarına tutulur və istədiyi qədər də torpaq alır. Qərara gəlir ki, günəş batana qədər aldığı torpaqların ətrafında qaçıb dövrə vursun. Ancaq Paxom kişinin bu arzusu ürəyində qalır: gün batmamış, elə günorta vaxtı taqətdən düşüb yıxılıb ölür. Aldığı bu boyda torpaqdan ona cəmi 2 metrlik yer lazım olur – o da dəfni üçün… Mən çox istərdim ki, indi özlərini “cəmiyyətin elitası” sayan bu acgöz, korrupsioner hakimiyyət nümayəndələri bu hekayəni oxuyub, nəticə çıxarsınlar: heç kim Paxom kimi, 2 metrdən çox yer apara bilməyəcək”.

635x100

Şərhlər

Araz 2019-03-01 00:15:27

-----------

S.Ənvərqızı 2019-03-01 00:15:27

Ölkəmizdə"kiçik padşahların"sözləri,Qanundan qat-qat güclüdür və öz məmur yoldaşları tərəfindən qanunsuz əməlləri dətəklənir, xalqımızın layiqli övladları isə onların qanunsuz əməllərinin ucbatından əzab içində yaşayır. Belə ki, Rabitə Nazirliyinin qanunsuz əməllərindən PA,NK,MM-ə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi və qanunlarımız işlək vəziyyətində olmadığından qanunsuz cavab verməkdən kəçinmirlər.

Səlim 2019-03-01 00:15:27

İlyas müəllim düz deyirsiz azərbaycan millətinin milli sərvəti oğurlanıb talanıb. Rüşvət korrupsiya ilə millətin dərisini soyublar. Ölkəni bir qrup insan siyasi iqtisadi cəhətdən tam işğal ediblər. Talayıb xaricə apardıqları milyardlardan başqa da ölkədə biznes vəziFə böyük obyektlər,tikinti şirkətləri,şadlıq evləri,klinikalar hamısı onlarındır. Ancaq millət artıq başa düşüb ki uzun illər talanıb atılıb qul kimi işlədilib. Ona görə də artıq istəməyə başlayıblar və getdikcə də bu istək, gərginlik artacaq. Artıq hər kəs atıldığını,talan olunduğunu bilir. Millətini atanlar xarici ölkələrdə necə acı talelər yaşadığını bilirik. Yəni haramı özü yeyə bilməyəcəklər.

Dr.AGAOGLU 2019-03-01 00:15:27

Bu təkliflər İlyas İsmayılovun özünün şəxsi həyat normasıdır.Onun qəbul etdiyi idarəçilik və inkişaf yoludur. Büdcə talanı və korrupsiya ilə harınlaşmış məmurlar işdən getdikdən sonra da nəinki özləri habelə ailə üzvləridə,rüşvətli vəzifələrə soxuşdurduqları yazı yaza bilməyən qohumlarıda belə cəmiyyətdə,toyda,yasda özlərini xalqın ağası kimi aparırlar.DÜZDÜR ! HƏR ANORMALLIĞI ƏSASINI RÜŞVƏT VƏ KORRUPSİYA,QOHUMBAZLIQ,DOSTBAZLIQ YARADIR.İLYAS m.deputatlığının qarşısına QIRMIZI XƏTT çəkəndə həmin oğrular idi.

İsa 2019-03-01 00:15:27

Bir əldəki barmaqların sayı qədər belə olmayan, ictimai statuslu ziyalilarımızın önündə gələn, dəyərli alimimiz İlyas müəllimin dövlətçilk naminə hər məqamda səsləndirdıyi qiymətli fikirləri,iqtidarda anlayacaq səlahiyyət sahibləri olsaydı, Respublika bərbad duruma düşməzdi.Anti korrursiya idarəsini ona görə yaratmyıblar ki,"dövləti içindən yeyən"(İlyas mm-n ifadəsi) bu bəlanı məhv etsinlər,yaratdılar ki,korrupsiyaya başçılıq etsinlər,onu yönləndirsinlər.İqtidarda Dövlət adamı yoxdu!

mahdi 2019-03-01 00:15:27

bu bunların yaşayış tərzidı bunlar dəyişməz.möcüzə qözləməyin İlyas bəy.

veten dashı 2019-03-01 00:15:27

Cox sağ olun allah Sizin kimi Yuksək əqidə sahibi ,kişilik və ziyallılıq nümunəsi olan ağsaqqalardan bizi mərhum etməsin.Dedikləriniz əminəm cəmiyyətdə xaotik yox, normal dəyişiklər gözləyən hər kəsin düşüncəsini dolğunluqla əks etdirir. Məncə bu gün ölkə prezidentinin məntiqsiz ,yarınmacı simasız məddahlara yox(hansı ki, hər cıxışları ikrah və qəzəb doğururlar cəmiyyətdə) məhz Sizin kimi boyük bir şəxsiyyətə daha cox ehtiyacı var. Xalq xaos istəmir, xaosu istəyənlər həmin korrupsionerlərdir,biirlər ki son

Səməd 2019-03-01 00:15:27

Hörmətli İlyas müəllim! Azərbaycan cəmiyyətinin Sizin kimi aydınlara ehtiyacı var. Xüsusilədə millətimizim məqsədli şəkildə deqradassiyaya uğradılmasının qarşısının alıması üçün Sizin fikirləriniz olduqca qiymətlidir. Ölkədə olan bir qrup antitürk fikirli toplum korrupsiya, insan alveri, ailə-nigah münasibətlərinin pozulması, kütləvi savadsızlıq, milli-mənəvi aşınma və digər bu kimi neqatv halların artmasında maraqlıdır. Məqsədləri çirkin, millətləri qeyri, O tiplər Azərbaycanı Vətən saymazlar!

Anar 2019-03-01 00:15:27

Oxuduqca muellifi ozum oldugumu dushundum.Hemfikirem sizle Ilyas muellim. Kreditlerle bagli fermana geldikde ise hami beraber huquqlu insandi.bu fermanla insanlar arasinda boyuk ferq qoydular.Allah terefden olume mehkum olunmush insanlara bele ferq qoyulmur.prinsipial qerardan bele gorunur;parcala hokm sur. Yeqin fermanin 2ci vereqide oxunacaq.

Alı 2019-03-01 00:15:27

Sag olun İlyas müəllim.Sözün bitdiyi yerdir.Həqiqətən ogru və quldurlar əməllərini həyasızcasına, heç kimdən qorxmadan, çəkinmədən bu xalqa nümayiş etdirməkdən sanki həzz alırlar.Amma deyəsən bumeranq effekti başlayıb.Allah millətimizi, xalqımızı qorusun.

muzaffar1949 2019-03-01 00:15:27

Yaxşı yazıdır! Amma heç kim özü ilə qəbirə heç nə aparmır, uşaqlarına, nəvələrinə, nəticələrinə, bir az da məşuqələrinə və s. qoyub gedir. Yəni bu öğrular nəsli yerə irəlidə olur. Haqq etmədikləri halda. Ona görə xalqa təsəlli verməyin. Həmin pullar, daşınan və daşınmayan əmlaklar faizi ilə birgə büdcəyə qaytarılmalıdır, oğrular isə cinayətə cəlb olunmalıdır. Bax bu olar ƏDALƏT

t.ədalət 2019-03-01 00:15:27

Oğruların,korrupsionerlərin artmasına səbəb hakimiyyətin onlara dəstək olmasıdır.Oğurluq nə əxlaqi,nə də dini aləmdə təqdir olunmur.Ancaq elə hadisələr də var ki,adamlar rastlaşanda çaş-baş qalırlar.Məsələn,Novxanı çimərliyində pulsuz adamların ixtiyarına buraxılmış bir sahə var.Deyirlər ki,sahibi "lotu" filankəsdir.Qalan yerlər isə İH başçısı tərəfindən qamarlanmış və satılmış ərazilərdir.Bəzi hallarda məmurlar quldurluqda oğruları kölgədə qoyurlar.Dövlət oğruları ilə adi oğruları qarışdırmaq olmaz.

Müəllim 2019-03-01 00:15:27

Məmurların (nazir,müavinləri,İcra başçıları,müavinləri,Komitə sədrləri, müavinləri, dövləq qulluqçuları, deputatlar və s. mövcud qanunlar əsasən bizneslə,monopoliya ilə məşğul olması cinayət sayılır.Ancaq Azərbaycanda bu qanunu basdırıblar.Çünki ölkədə belə hallar yuxarıdan himayə olunur.Hətta milyardlarla dövlət vəsaitini dağıdan,oliqarxa çevirdikləri şəxslər məsuliyyətdən kənar saxlanılır.

Cəmşid Dərələyəzli 2019-03-01 00:15:27

Maraqlı fikirlərdir, lakin təzə də heç nə yoxdu. Çünki, illərdir bu fikirlər səsləndirilir. Nəticə isə yoxdur. Yeni yaradılmış qurumlara Zahid Oruclar, İnam Kərimovlar gətirilsələrdə belə, yenə nəticə dəyişməyəcək. Çünki, Sistem dəyişmir. Bu yaxınlarda Cənab Prezident öz çıəxışlarının birində belə bu məsələyə toxundu. Ki, bizdə idarəetmə sistemi köhnəlib, bu da dəyşməlidir. İnanmaq istərdik ki, cari ilin əvvəlində aparılan çox sıkı islahatlar fonunda bu məsələyə də qayıdılacaq. İnşallah.

hasan 2019-03-01 00:15:27

hec bir dini cereyanda ve yaxud ateist cemiyyetlerde rusvet ,korrupsiya qebul olunmur....o isle mesqul olanlarin ana xetti ile genetik kecmisini arasdirmaq lazimdir......

Kamil 2019-03-01 00:15:27

Manca Azizbayov metrosu yanindaki stadionda Umumrespublika mitiniqi kecirilmalidir.Mitinqi prezident aparmali,muxalifat liderlari va taninmis saxslar cixis etmali, vaziyyatdan cixis yollari muzakira olunmalidir.Mitinqda Dovlat Surasinin yaradilmasi haqqinda qarar verilmalidir.Yoxsa 50-60 manatla duzalan deyil....

Son yazılar