Menu

Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi

26.11.2024, 17:31
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi

“Sako” ləqəbli 1994-cü il təvəllüdlü tiktoker Sadiq İsmayılov saxlanılıb.

Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. 

Xatırladaq ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol