“AzPolitika.info” xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə görüşündə ölkəyə başqa birisinin rəhbərlik etməsinin mümkünlüyündən danışıb.
Artıq prezidentlikdən doyduğunu deyən Lukaşenko bununla bərabər, onun yerini tutacaq şəxsin Rusiya ilə ciddi problemlər yaşayacağına eyham vurub: “Lukaşenko artıq prezidentlikdən doyub, burada başqa prezident də ola bilər. Ancaq bu zaman rusiyalılarla sual meydana çıxacaq. Onlar hazırkı Belarus prezidentini tanıyırlar. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, başqası üçün daha çətin olacaq...”
Prezident bu açıqlaması ilə Rusiyanın Belarusu özünə birləşdirmək cəhdlərinə və bunun qarşısının məhz onun tərəfindən alındığına işarə edib.
Bundan öncə isə A.Lukaşenko bəyan etmişdi ki, onun heç bir övladı prezident olmaq fikrində deyil. Xatırladaq ki, Belarus prezidentinin 3 oğlu var. Onun 43 yaşlı böyük oğlu prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, 38 yaşlı ortancıl oğlu isə Milli Olimpiya Komitəsinin üzvüdür. Nikolay adlı 14 yaşlı kiçik oğlu hələ məktəbdə oxumasına baxmayaraq, atasını bir çox rəsmi tədbirlərdə müşaiyət edir.
Xatırladaq ki, A.Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir və onun növbəti 5-ci prezidentlik müddəti 2020-ci ildə yekunlaşacaq.


Şərhlər
BRAVO ,BATYA...MOLODES.O WEY BIZLERDE MODDADI...CETINLIYIN OLSA VIZIV AT.TYELKALARINDAN MUQAYAT OL ,MADURA CANI