Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür.
"Report" xatırladır ki, ölkə 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib.
BMT Baş Məclisinin həmin gün keçirilən 46-cı sessiyasında Azərbaycanın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda BMT-nin mənzil qərargahının qarşısında qaldırılıb. Həmin ilin may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycan 155 dövlətin dəstəyini alıb. Azərbaycan 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib.


Şərhlər
Təəssüf ki bu xoşbəxtliyi görməyən,Vətənimizin yenidən Rusiyanın işğalına keçməsi üçün milli kökəni bilinməyən,Azərbaycanımızın müstəqilliyindən xoşlanmayan satqınlar və casuslar var.Rusiya bizi qətliamlara və soyqırımlara məruz qoysa da,göyləri rəngləndirən Bayrağımızı endirə bilmədi.Torpaqlarımız hələlik işğalda olsa da,biz ermənistandan yüksəkdəyik.Çünki ermənistan hələ də Rusiyanın bir əyaləti olaraq qalır..Allah bizi ermənistanın vəziyyətinə endirməsin!