Menu

Tramp güclü dollara qarşı çıxdı

03.03.2019, 11:55
Tramp güclü dollara qarşı çıxdı

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin siyasətini tənqid edib.“Reuters”in məlumatına görə, o, güclü dolların dünya ölkələrini ABŞ-la ticarətdən çəkindirdiyini bildirib.

Tramp qeyd edib ki, Federal Ehtiyat Sisteminin sərt monetar siyasəti dolların güclənməsinə təsir göstərsə də, ABŞ-ın rəqabətə davamlılığına zərbə vurub.

“Güclü dolların tərəfdarıyam. Lakin bu dolların ölkəmizin xeyrinə olmasını istəyirəm”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol