"Ş.Abdullayev adına Elmi-Tədqiqat Kardioloğiya İnstitutu yaxın qohumum Xasa Xəlilovanı qəbul etməkdən imtina edir. Deyirlər yer yoxdur, hara istəyirsən şikayət elə".
Bunları yaxın qohumunu infarkt vəziyyətində dünən "Ege Hospital"a çatdıran və burda anju olunduqdan sonra bu gün Elmi-Tədqiqat Kardioloğiya İnstitutuna köçürmək istəyərkən problemlə üzləşən X.Əliyev "AzPolitika"ya şikayətində bildirib.
Şikayətçinin bildirdiyinə görə, X.Xəlilovanı dünən ağır vəziyyətdə "Ege Hospital"a çatdırıblar, burda xəstənin ürəyi anju olunub. Lakin maddi imkanları aşağı olduğundan onu bu gün Elmi-Tədqiqat Kardioloğiya İnstitutuna köçürmək istəyiblər. Lakin orda xəstəni qəbul etməkdən imtina ediblər.
"Təcili yardım xidmətində Lətafət xanım öyrənəndə ki, xəstəmiz "Ege Hospital"da anju olunub, qəbul etməkdən imtina etdi. "Aparıb xeyrinizi özəl klinikaya vermisiniz, indi bizim üstümüzə gəlirsiniz, yer yoxdur, götürə bilmərik", deyə acıqla bildirdi. Mən dedim ki, buna ixtiyarınız yoxdur, şikayət edəcəyik. Cavabında məni hədələdi ki, "elə et özünün başı ağrımasın".
X.Əliyev deyir ki, indi çarəsiz vəziyyətdə nə edəcəklərini bilmirlər. O, saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət etdi ki, Elmi-Tədqiqat Kardioloğiya İnstitutunun vəzifəli şəxslərinin özbaşınalığına son qoyulsun.
V.Nəsibov


Şərhlər
Elmi-tədqiqat Kordiologiya institutunda müalicə bütün özəllərdən irəlidədir.İnstitutda xəstələrə kommersiya marağı ilə yanaşmırlar.Özüm bunun şahidi olmuşam.Hansı özəl müalicəxanaya getdim,dedilər anju olmalısan.Nəhayətdə Kordiologiya institutuna getməli oldum.Özəllərin "dioqnozlarını" bir tərəfə atıb,mənə dedilər ki,az müalicə ilə problemin keçəcək.Elə də oldu.O vaxtdan 5 il ötüb.
Allah kömək olsun. Kardiologiya institutunun qəbul şöbəsinin müdiri Lətafət xanım istədiyi xəstəni qəbul edir, onun maraqlarına cavab verə bilməyən xəstəyə YER YOXDUR CAVABI VERİR. ÇOOOOXXXX TTTTTƏƏƏƏƏƏƏSSSSSÜÜÜÜÜFFFFF Kİ YENİ BAŞ HƏKİM BU HALLAAAAAARRRRAAAA GÖZ YUMURRRRRRRR.