Menu

Azərbaycan da VAR sisteminə keçir - Rəsmi qərar

04.03.2019, 21:45
Azərbaycan da VAR sisteminə keçir - Rəsmi qərar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın qurumun saytına istinadla yaydığı xəbərə görə, iclasda qadınlardan ibarət Azərbaycanın A milli komandasına Siyasət Əsgərov, U-19 –a Vüqar Əsgərli, U-17 və U-15-ə Zamir Həsənov baş məşqçi təsdiq olunub.

2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılmasına qərar verilib.

Yeni qərara əsasən, komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunacaq.

Bundan başqa, Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunmasına qərar verilib. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunacaq.

Qərarlar sırasında VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol