Menu

Türkiyəli məşqçi Mustafa Denizli xəstəxanaya yerləşdirilib

04.03.2019, 22:43
Türkiyəli məşqçi Mustafa Denizli xəstəxanaya yerləşdirilib

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Denizli xəstəxanaya yerləşdirilib.

“Report” “Hurriyet”ə istinadla xəbər verir ki, Türkiyə Super Liqasının 24-cü turunda evdə “Trabzonspor”la matç zamanı 70 yaşlı mütəxəssisin halı pisləşib.

O, komandası ilə birlikdə görüşün ikinci hissəsinə çıxa bilməyib.

Qarşılaşmada ikinci hissə oynanılır və “Trabzonspor” 2:0 hesabı ilə öndədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol