«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, prezident Nikolas Maduro tərəfindən «demokratiyanın tapdalanması və repressiyaların qızışdırılması» məsələlərində Kuba çox fəal iştirak edir.
Onun sözlərinə görə, Vaşinqton Kuba hərbçilərinin və kəşfiyyatınn hərəkətlərinə qətiyyətli cavab vermək niyyətindədir, xüsusilə də iqtisadi təzyiq yolları ilə.
«ABŞ Kubanın hərbi qəvvələrinə və kəşfiyyatına maliyyə məhdudiyyətləri qoymaqda davam edir. Bölgənin demokratik dövlətləri Kuba rejimini qınamalıdır» - deyə, Bolton «Tvitter»də bəyan edib.
Bunun cavabında Kuba dövlət şurasının və Nazirlər Sovetinin başçısı Migel Dias-Kanel Vaşinqtonu digər dövlətlərin daxili işlərinə qarışmağa meylli olmaqda günahlandırıb.


Şərhlər