Menu

“Sağlamlığım yerində, özüm də iş başındayam...” – 82 yaşlı Elmira Süleymanova

05.03.2019, 11:06
“Sağlamlığım yerində, özüm də iş başındayam...” – 82 yaşlı Elmira Süleymanova

"Mənim haqqımda saytlarda nə yazırlarsa, yazsınlar. Şükür Allaha, sağlamlığım yerində, özüm də iş başındayam".

Bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, sağlamlığında olan müəyyən problemlər fəaliyyətinə mane yaratmır: "Təbii ki, sağlamlığımda müəyyən problemlər var. Amma bu, mənim və ümumilikdə Ombudsan Aparatının fəaliyyətinə heç bir mənfi təsir göstərmir. Mən hər zaman iş başında olmuşam. İşimizin tempini heç vaxt azaltmamışıq. Biz fəaliyyətimizi təkcə Bakıda deyil, regionlarda, hətta ölkənin ən ucqar bölgələrində həyata keçiririk".

"AzPolitika" xatırladır ki, E.Süleymanovanın 82 yaşı var və onun səlahiyyət müddəti 2 ildir ki, bitib.

Şərhlər

Köhnə azərbaycanlı 2019-03-05 11:06:54

"E.Süleymanovanın 82 yaşı var və onun səlahiyyət müddəti 2 ildir ki, bitib".Mən başa düşə bilmirəm biz hansı ölkədə yaşayırıq, biz necə xalqıq.Necə yəni səlahiyyət müddəti 2 ildir bitən adamın yerinə yeni namizəd tapa bilmirik.Səlahiyyət müddəti bitmiş 82 yaşlı insan isə heç cürə istefa vermək istəmir.Sanki E.Süleymanova əvəzedilməz bir şəxsdir, getsə ölkə dağılacaq, fəlakət olacaq.Lakin o unudur ki əvəzedilməz şəxs olmur.Xanım deyir ki “Şükür Allaha, sağlamlığım yerində, özüm də iş başındayam”.Elmira xanım, bir çox məmurlar kimi sizi sağlam saxlayan vəzifədir, vəzifədən getdiyiniz anda bu yəqin ki belə olmayacaq, ALLAh yenə sizə can sağlığı versin.Azərbaycanda gör nə qədər savadlı, vətənpərvər hüquqşünaslarımız var.Biri elə xalq arasında böyük nüfuza və təcrübəyə malik olan İyas İsmayılov.

Süleymanovaya 2019-03-05 11:06:54

Nə qədər yalan danışacaq? Adam sərbəst yeriyə bilmir,82 yaşı var, hələ iş başındayam deyir.Guya ölkədə ondan ağıllı.savadlı adam tapılmır? Qoca arvadsan,get otur evində.pensiyanı al!Onun bu işlədiyi illərdə işinin nə nəticəsi olub ki? Boş yer tutub,fəaıiyyəti görünməyib,heç bir iş görə də bilməz.Axı yaş,yaddaş pozğunluğu,yeriyə bilçəmək onu əldən salıb.Pişik ətdən əl çəkib,ət pişikdən əl çəkmir!

Fərid 2019-03-05 11:06:54

Sənin Ombudsman olmağının millətə nə xeyri var.Büdcədən havayı pul alırsan.Məncə Ombudsman institutu ləğv edilməlidir.Kimyaçısınız."Mirzə İbrahimxəli kimyagər"də İbrahimxəlil misi gümüşə çevirməyi bacarırdı.Sizin öz sahənizdə belə nailiyyətiniz yoxdur.Get Artur kimi evində nəvələrinlə oyna, günahlarını artırma.Onda mətbuatın yadına salmasını arzulayarsan.

fikrət 2019-03-05 11:06:54

Belə belə işlər rus demişkən probabuşka

Ppensioner 2019-03-05 11:06:54

Bu yaşda maksimum uşaq baxçasına rəhbərlik edə bilər.Yaxşısı budur nəvə nəticələrini başına yığıb nağıl danışsın.

EJDER 2019-03-05 11:06:54

ESAS BRAVODU ,BIR DE KAPITAL.HESAB EDIREM KI,BU YAWDA DA IWIN BAWINDA OLMAQ BIZIM ANALOQU OLYAN HOKUMETIMIZIN ,ANALOQU OLMAYAN INKIWAFIDIR...HEMIWE...BAWINDA OLUN

Əli 2019-03-05 11:06:54

Mənim haqqımda saytlarda nə yazırlarsa, yazsınlar. Şükür Allaha, sağlamlığım yerində, özüm də iş başındayam” Maaşımı və maaşım qədər də olan pensiyamı vatlı vaxtında alıram

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol