Belarus Qərb ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə məcburdur, çünki Rusiya iki ölkənin əməkdaşlığına məhdudiyyətlər tətbiq edir.
Virtualaz.org BELTA-ya istinadla bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Qərblə bu əməkdaşlıq bu gün hansısa allergiyaya, bəzən bizim əsas partnyorumuz Rusiyada isterikaya səbəb olur. Soruşuram, niyə? Bizim məhsulumuzu bazara buraxmırlar, təzyiq göstərirlər”, - Aleksandr Lukaşenko Avropa təşkilatları ilə əməkdaşlıq məsələləri üzrə müşavirədə çıxış edərkən hiddətlənib.
O vurğulayıb ki, əgər Rusiya ilə normal iqtisadi münasibətlər qurulsaydı, azad ticarət etmək mümkün olsaydı, Belarus dünyanın o başında xoşbəxtlik axtarmalı olmazdı.
Eyni zamanda, Belarus lideri Rusiya tərəfini Belarusu "harasa dönüş edib" iddiası ilə qınamamağa çağırıb.


Şərhlər