Menu

"Hər şeyi edə bilərik, çoxlu pul çap etsən hər şey həll olunacaq..." - Elman Rüstəmov

06.03.2019, 13:11
"Hər şeyi edə bilərik, çoxlu pul çap etsən hər şey həll olunacaq..." - Elman Rüstəmov

“Azərbaycan elə bir vergi yükünə və vergi bazasına malik olmalıdır ki, özəl investorları stimullaşdırsın, biznesi rentabelli etsin”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum"da Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Baş bankir ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyətdən də danışıb: “Azərbaycanda hələ də nağd ödənişlərin xüsusi çəkisi çoxdur. Bu, böyük problemdir və azaltmalıyıq. Hazırda Azərbaycanda nağdsız ödənişlər üçün infrastruktur var, amma institutsional problemlər mövcud potensialdan istifadə etməyə imkan vermir. Ona görə çalışmalıyıq ki, nağdsız ödənişlərin səviyyəsi artsın”, - deyə o, qeyd edib.

AMB sədri həmçinin deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı yanlış düşünənlər var: “Bəzən monetar siyasəti mifləşdirirlər, çox şey gözləyirlər. Hər şeyi edə bilərik, çoxlu pul çap etsən hər şey həll olunacaq, AMB iqtisadiyyata uzunmüddətli vəsaitlər verməlidir və s. Halbuki, bütün dünyada mərkəzi banklar bir vacib məsələyə fokuslanırlar. O da qiymətlər sabit qalması - inflyasiyanın tənzimlənməsidir. Təbii ki, bu, kiçik görsənə bilər. Amma inflyasiya bütün Azərbaycan ailəsinin gəlirlərinin sabit olması, qorunmasıdır. İnvestorlar üçün bu, planlaşdırma, gələcəyə baxışdır. Psixoloji baxımdan gələcəyə pozitiv baxışdır. Artıq iqtisadi temaktikadan çıxıb psixoloji tematikaya keçib. Bu istiqamətdə biz monetar islahatları genişləndirmək fikrindəyik. Başlıca məqsədimiz makroiqtisadi siyasətdə sabitlik platformasının daha da dərinləşdirilməsi və onun stimullaşdırıcı rolunun gücləndirilməsidir”.

Şərhlər

Vətəndaş 2019-03-06 13:11:10

Pul normadan da çox çasp olunub, müxtəlif yollarla talanıb,oğrlanıb yox olub. Kredit kimi oliqarxlar bölüşdürüb hərəsı bir neçə milyard atıblar,çıxarıblar ölkədən. Qalanlar da gözləyir və istəyir ki dollar yüz manat olsun qaytarsınlar. Yenə çap olunacaq yenə də talanacaq millətə atılacaq.Kasıblara,əsas kütləyə isə 5-10 manat premya artım.

Bashirov Qarib 2019-03-06 13:11:10

Elman Rustəmov hamıdan yaxşı bilir ki,ölkədə baş verən infilyasiya və iqtisadiyyatın suqutunun səbəbi Beynəlxalq Bankda baş verən 10 milyard dolların ogurlanmasıdır.Gunahkarlar bəlli olsa da agrısını xalq çəkməkdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol