Menu

Gəncə sakinindən 10 kiloqramdan çox narkotik vasitə götürülüb - FOTO

07.03.2019, 20:53
Gəncə sakinindən 10 kiloqramdan çox narkotik vasitə götürülüb - FOTO

Gəncə şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq idarəyə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

hop-hopnamə 2019-03-07 20:53:26

Yazırsınız aşkar edilərək dövriyyədən çıxardılmışdır. Bu düzgün məlumat deyil axı. Bu bir qrupun dövriyyəsindən çıxardılıb, digər qrup tərəfindən başqa dövriyyə buraxılıb. Ölmüşdü o Xankişi ki, dövriyyə boş qalsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol