Menu

«Tramp Kim Çen Inla yeni danışıqlara açıqdır» - Bolton

08.03.2019, 00:05
«Tramp Kim Çen Inla yeni danışıqlara açıqdır» - Bolton

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton «Fox News» telekanalının efirindən bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla Koreya yarımadasının denuklearizasiyası üzrə danışıqların davam etdirilməsinə hazırdır.

«Prezident Donald Tramp yeni danışıqlara açıqdır. Baxarıq, danışıqlar nə vaxta planlaşdırılacaq və necə hazırlanacaq. Amma o (Tramp - red.), düşünür ki, saziş mümkündür - əgər KXDR nümayəndədləri bu məsələyə (nüvə sazişinə - red.) geniş prizmadan yanaşmağa hazır olsalar» - Bolton bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol