Menu

Korrupsiya cinayətlərinin statistikası açıqlandı

08.03.2019, 16:10
Korrupsiya cinayətlərinin statistikası açıqlandı

2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 436 şəxs barəsində 290 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, istintaqı tamamlanmış həmin işlərdən 431 şəxs barəsində 278 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, 12 cinayət işi üzrə icraata isə cinayət təqibini istisna edən hallara görə xitam verilib.

Məhkəmələrə göndərilmiş 431 şəxs barəsində 278 cinayət işindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs baçrəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma, 46 şəxs barəsində 36 iş rüşvət vermə və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları digər faktlarla əlaqədar olub.

Şərhlər

Nadir 2019-03-08 16:10:37

Azərbaycan elə dəhşətli misli görünməmiş korrupsiyaya, talana məruz qalıb ki,onu hesablamaq çox çətindir. Allah bilər onu. Bununçün böyük hesablamsalar tədqiqatlar aparılmalıdır. Dəqiq hesablansa yülərlə milyardlar yox bəlkə də trilyon hesabları ortaya çıxar. Millətin xalqın pulunu quldurlar daşıyıb aparıblar. Ölkəni də tam hər şeyini, bütün iqtisadiyyatını məmurlar ələ keçiriblər. Hətda kiçik butkalara kimi onlarındır.

Bashirov Qarib 2019-03-08 16:10:37

Bu qıdər cinayət növləri sadalanır bircəciyəzi də korrupsiyaya aid deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol