Menu

Gədəbəydə yol qəzasında 8 nəfər xəsarət alıb

09.03.2019, 21:24
Gədəbəydə yol qəzasında 8 nəfər xəsarət alıb

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaradağ kəndində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar bunlardır:

1. Bayramov Araz Məhəmməd oğlu (1984)

2. Həsənov Natiq Nəriman oğlu (1989)

3. Musayev Tariyel Elbar oğlu (1989)

4. Məmmədov Araz Mehbalı oğlu (1989)

5. Pirverdiyev Təbriz Hüseyn oğlu (1960)

6. Qasımov Ramil Vüqar oğlu (2008)

7. Fərzəliyev Mobil Habil oğlu (2004)

8. Məmmədov Mətləb (2012)

Yaralılar öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, ardınca isə Gəncə şəhərində yerləşən xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol