«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amierika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hesab edir ki, Venesuelanın prezidenti Nikolas Maduro müxalifət lidei Xuan Quaydonun həbs edilməsi barədə qərar verməkdən qorxur, çünki onun bu əmrini sadəcə, yerinə yetirməyə bilərlər.
Ağ Evin nümayəndəsi bu fikri «ABC» teleşirkətinə verdiyi müsahibədə səsləndirib.
«Mən, hesab edirəm ki, hazırda hərəkətverici qüvvə Quaydonun tərəfindədir» - deyə, Bolton qeyd edib və diqqəti buna yönəldib ki, Venesuela hakimiyyəti müxalifətçinin və onun tərəfdarlarının həbsinə cəsarət etmir.
«Bunun bir səbəbi də ondan ibarətdir ki, Maduro bu barədə uyğun əmr verməyə qorxur, çünki ona tabe olmaya bilərlər» - deyə, Bolton bildirib.


Şərhlər
Ay,şeytana bənzər məxluq Maduro demokratik bir liderdir və demokratik yolla prezident seçilib.Quaydo isə sizə satılmış bir xaindir,yəni sizin tulanızdır.Maduro yaxşı bilir ki,Quaydonu həbs etsə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə bir bəhanə olaçaq.Sənin başın çatmır.Elə bilirsən ki,Maduro nə etdiyini bilmir.Venesuela xalqı Quaydonun bir vətən xaini olduğunu yaxşı bilir.