"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.
“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır... NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.


Şərhlər
Muharibe yoluyla ishgal olunmush torpaq sulh yoluyla azad oluna bilmez Sizler chox utanmazsiniz Niye? Istemirsiniz Qarabag Azerbaycana qayitsin Bu proses olada bilmez Niye? Chunki Azerbaycanda bezi vezifələri ermeni milletinden ve ermeni toremeleri olan məmurlar ZEBT edibler ....Faktlar mende kifayet qeder