Menu

Kosovanın müstəqilliyini daha 19 ölkə tanıya bilər

11.03.2019, 22:48
Kosovanın müstəqilliyini daha 19 ölkə tanıya bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, qismən tanınmış Kosova Respublikasının xarici işlər nazirinin müavini Reyhan Vuniçi bəyan edib ki, artıq bu il ölkənin müstəqilliyini daha 19 dövlət tanımağa hazırlaşır.

Priştinada qeyd ediblər ki, hadisələrin pozitiv inkişafı halında Kosovanın statusunu artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) 120 daimi üzvü dəstəkləyəcək.

Nazir müavininin sözlərinə görə, müstəqilliyin tanınmasının intensiv lobbiləşdirilməsi gözlənilir, ancaq Serbiyanın aqressiv qarşıdurması buna mane olur.

«Kosovanın diplomatiyası və xarici işlər naziri Behcat Rasolli mustəqilliyi hazırda dünya təcrübəsində görünməmiş intensivliklə daha fəal şəkildə lobbiləşdirir» - deyə, Kosova Radio və Televiziyası nazir müavinindən sitat gətirir.

Serbiya hakimiyyəti ona nail olmağa çalışır ki, Kosovanın müstəqilliyini tanımış ölkələr öz qərarlarını dəyişsinlər. Bəzi hallarda bu cəhdlər uğur əldə edə bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol