Menu

ABŞ Venesueladakı bütün diplomatlarını geri çağırır

12.03.2019, 09:56
ABŞ Venesueladakı bütün diplomatlarını geri çağırır

ABŞ Venesueladakı diplomatlarının qalan hissəsini də bu həftə geri çağıracaq.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Venesueladakı siyasətini icra etmək üçün paytaxt Karakasda çox məhdud sayda diplomat qalmışdı.

Dövlət katibi əlavə edib ki, rəsmi Vaşinqtonun yeni qərarı Venesuelada vəziyyətin pisləşməsini əks etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol