"Rusiyanın "Qazprombank"ı (QPB) Azərbaycan bazarı üçün strateji bankdır".
"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı deyib.
Onun sözlərinə görə, bankla əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər var.
S.Qurbanov bildirib ki, QPB Azərbaycanda layihələrin maliyyələşdirilməsi baxımından geniş və uğurlu təcrübəyə malikdir.


Şərhlər
Şərhləri vermirsiniz.Rusiyaya məxsus maliyə strukturlarının hamısı ermənistana yardım edir.Onlarla əlaqə qurmaq işğalçı ermənistana maliyyə dəstəyi vermək deməkdir.