Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.
Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.
O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb.


Şərhlər
Saakaşvili bütün dünyanın vətəndaşıdır.Tarix belələrini az-az yaradır.Hər şeyini öz xalqı yolunda qurban verməyə hazır olan saakaşvililər azdır.