Menu

Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib - FOTO

13.03.2019, 08:52
Simeone Ronaldunun nalayiq hərəkətinə münasibət bildirib  - FOTO

"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Yuventus"un hücumçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının 1/8 final mərhələsinin Turində keçirilən cavab oyununda qazanılan qələbədən sonra (3:0) rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə münasibət bildirib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Ronaldunun bu hərəkətlə "Yuventus" kimi böyük klubun ruhunu nümayiş etdirdiyini bildirib.

"O, azarkeşləri düşünürdü və "Yuventus" kimi böyük bir klubun ruhunu nümayiş etdirdi", - deyə Simeone qeyd edib.

Əslində isə Ronaldu "Atletiko" Madriddə Turin klubunun qapısına vurulan qolu qeyd edən zaman (2:0) Simeonenin etdiyi nalayiq hərəkətə cavab olaraq bu jesti etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol