ABŞ-ın Enerji İnformasiya Administrasiyası (İEA) bu il "Brent" markalı xam neftin qiyməti ilə bağlı proqnozunda dəyişiklik edib.
EİA-nın mart ayı üzrə hesabatında bu il üçün "Brent" markalı neftin 1 barrelinin orta qiyməti 63 dollar olaraq müəyyən olunub. Ötən ay dərc olunan hesabatda isə qiymətin 61 dollar olacağı nəzərdə tutulmuşdu. Bununla da, EİA 2019-cu il üçün "Brent" üzrə proqnoz qiymətini 2 dollar artırıb.
Qeyd edək ki, mart hesabatında 2020-ci il üzrə "Brent" markalı neftin orta qiyməti 62 dollar həddində saxlanılıb. /"Finans.az"


Şərhlər