«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Madlen Olbrayt «Seznam Zpravy» adlı Çex nəşrinə verdiyi müsahibədə bəyan edib ki, Qərb ölkələri Rusiyanın və onun prezidenti Vladimir Putinin dünya siyasətinə təsir dərəcəsini şişirdir.
Onun sözlərinə görə, Putin «zəif kartlarla oynayır» və onu «dünyada ən nüfuzlu adam» hesab etmək lazım deyil.
Olbrayt həm də əlavə edib ki, Rusiyanın əsas təhlükəsi «təbliğat və dezinformasiya» istiqamətlərindən qaynaqlanır.
Olbrayt Praqaya Çexiyanın, Polşanın və Macarıstanın NATO-ya daxil olmasının 20 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gəlib.
Praqada doğulmuş Madlen Olbrayt ABŞ Dövlət Departamentinə 1997-2001-ci illərdə rəhbərlik edib.


Şərhlər