Menu

Mobil rabitə bazarının gəliri azalıb

14.03.2019, 10:15
Mobil rabitə bazarının gəliri azalıb

2019-ci ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 134,8 mln. manat təşkil edib.

Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 43,9%-ni təşkil edib.

Cari ilin yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri tərəfindən 306,9 mln. manatlıq xidmət göstərilib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri 9,3% artıb. Bu sahədə əldə olunan gəlirin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol