Menu

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb

14.03.2019, 19:03
Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.

"Report"un məlumatına görə, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.

Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.

Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol