Latviyanın “AirBaltic” aviaşirkəti Riqa-Bakı birbaşa reyslərini işə salacaq. Bu barədə Trend-ə ölkənin aviasiya bazarındakı mənbə məlumat verib.
Qeyd olunur ki, reyslərin yerinə yetirilməsinə bu il mayın 2-dən başlanacaq. Bu marşrut mövsümi xarakter daşıyacaq və dekabr ayınadək davam edəcək.
Hər iki istiqamətdə biletlərin minimal qiyməti 137 avro təşkil edir.


Şərhlər