“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl ticarət şəbəkələrində holdinqin istehsalı olan qarğıdalı yağlarının Rusiya və Türkiyədən idxal olunan qarğıdalı yağlarından baha satılmasına münasibət bildirib.
Abdolbari Gözəl “Marja”nın sualına cavab olaraq bildirib ki, “Azərsun”un yağları təmiz olduqları üçün bahadır. Marketlərdə satılan idxal qarğıdalı yağlarının bir çoxu qarışıq yağlardır:
“Düzdür, bazarda Türkiyə və Rusiyadan idxal olunan qarğıdalı yağları “Azərsun Holdinq”in istehsalı olan qarğıdalı yağlarından ucuz satılır. Bunun səbəbi ucuz satılan idxal yağların qarışıq yağlar olmasıdır. O yağların çoxu təqliddirlər (orijnalın oxşarı). Nə Türkiyənin qarğıdalı yağı var, nə Rusiyanın. İdxal qarğıdalı yağlarının tərkibinin 80%-i günəbaxan yağı, 20%-i qarğıdalı yağıdır. Siz həmin yağları marketdən alıb istədiyiniz laboratoriyada, o cümlədən bizim laboratoriyada analiz etdirə bilərsiniz. Əlimizdə sənədlər var. Biz bu barədə Qida Təhükəsizliyi Agentliyinə müaciət etmişik”.
“Marja” marketlərdə apardığı araşdırma zamanı müəyyən etmişdi ki, xarici qağıdalı yağları yerli qarğıdalı yağlarından 10%-ədək aşağı qiymətlərə satılır. Bu barədə 18 Feval 2019-cu il tarixində “Marja”ya yayılmış xəbərdən bir hissəni təqdim edirik:
“Spar” supermarketində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3,85 manata, “Zolotnitsa” qarğıdalı yağı isə 3.75 manata satılır. “Veysəloğlu” və "Araz Supermarketi"in sifarişi ilə Rusiyada və Türkiyədə istehsal edilmiş qarğıdalı yağları daha ucuzdur. 1 litirlik “Zateya” 3,49 manata, “Zarya” 3,49 manata, “Avedov” 3.57 manata, “Qidam” da 3.57 manata alıcılara təklif olunur. Azərbaycanın “Delta Qrup” şirkətinin istehsalı olan 1 litrlik “Asnaf” qarğıdalı yağı isə 4.97 manatadır.
“Bazarstore” şəbəkəsində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3.85 manata, “Zolotnitsa” qarğıdalı yağı 3.75 manata, “Zolotoe Solnışko” 3.65 manata, “Delta Qrup”un istehsalı olan “Asnaf” qarğıdalı yağı isə 5.59 manata satılır. “Bazarstore” şəbəkəsində duru yağlar bölməsində “Veysəloğlu” və "Araz Supermarket" şirkətlərinin xaricdən idxal etdiyi yağlara rast gəlmədik.


Şərhlər
Ay bisavad ukrayna və Rusiyada Azərbaycanın ərazisi boyda qarğıdalı və günəbaxan sahələri var ....!səndə hardandı bunlar?palma yağını semicka yağı adıyla camaata sırıyıb zəhərləyici milləti!
Qarğıdalı və günəbaxan istehsalının nəhəngi elə Rusiya deyilmi?Bu yerdə də Qozl doğru danışmır.Həm də bu məhsullar Rusiyada şəxsi deyil,dövlət müəssisələrində istehsal edilir.İkincisi,Rusiya heç vaxt bizdəki kimi təsadüfi adamlara ərzaq istehsalını etibar etmir..
Men erzaq mallari uzre emteeshunasam ve yaglarin, sheker tozunun ve s, mehsullarin keyfiyyetin mueyyen ede bilirem ve eyni zamanda Ukrainada yashayib ishlemishem Respublikada istehsal olunan ve rrespubloikaya idxal olunan erzaq mallarinin keyfiyyetini yoxlayan Qida tehlukresizliyi agentliyinin savadli kadrlari yoxdur Odur ki.narahat olmayin Size iddia qaldiran olmaz Chunki SIZ yeni AZERSUN BOSSDUR-meglubedilmezdir
Abdolbaqi bəyin söylədiyi cəfəngdir.Azərsunun yağları Türkiyə istehsalı yağlarından xeyli aşağıdır.BUnu analiz etsin,özü şahidi olar.Əksinə Azərsunun məhsullarının çoxu insan sağlamlığı üçün zıərərlidir.Bunu sadəcə çaylara əlavə etdiyi sintetik boya və qoxularla təsdiqləmək olur.
Azərsunun Azərbaycanda müəyyən qüvvələrin yardımı ilə monopolist edilməsi onun belə danışmasına imkan verir.Əvvəllər millətə Türkiyə yağı kimi yedirtdiyi "teksun" yağları Tükiyədə heç vaxt bu adda yağ olmayıb.
Keyfiyyətinə və qiymətinə görə rəqiblərinə uduzan Azərsun görun necə iftiralar atır.Soruşan da yoxdur ki,Azərbaycanın harasında qargıdalı əkilir ki, sən də ondan yag istehsal edirsən.İrandan daşıyıb gətirirlər.Azərsun yalnız qablaşdırır və uçqat bahasına satır.