Menu

“İqtidarla müxalifət masa arxasında əyləşə bilər” - İqbal Ağazadə

16.03.2019, 23:39
“İqtidarla müxalifət masa arxasında əyləşə bilər” - İqbal Ağazadə

"Bu gün 50-yə yaxın siyasi məhbusun əfv olunması çox böyük hadisədir. Cəmiyyətdə dialoq, barış mühitinin yaranması üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, cəmiyyət bu addımdan sonra iqtidarla birgə yeni dialoq müstəvisinə siyasi partiyaları çıxarmaq və Azərbaycanın demokratikləşməsi üçün birgə addım atmağa borcludur”.

"AzPolitika"nın məlumatına görə, bunu ONA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədri bildirib ki, 2019-cu il problemlərin həll olunması istiqamətində mühüm il ola bilər: "Vətəndaş-iqtidar münasibətlərində yeni müstəvi açılır. Hesab edirəm ki, bu müstəvini düzgün dəyərləndirmək lazımdır. Mən əfv olunanların hamısının ailəsini təbrik edirəm. Arzu edirəm ki, bir də azadlıqlarını itirməsinlər. Çünki bu səhnə mənə çox tanışdı. İndi növbəti yük hakimiyyətin siyasi qanadı ilə siyasi müxalifətin üzərindədir. Hesab edirəm ki, iqtidarla siyasi müxalifət masa arxasında əyləşə bilər. Azərbaycanın gələcəyinə daha nikbin və optimist baxmaq, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həll olunması, regionda yerimizin möhkəmləndirilməsi üçün əl-ələ verib birgə addımlamağın zamanı ola bilər. Mən istəyərdim ki, bu işartıları görüm. Arzu edərdim ki, proses konkret olaraq buna doğru getsin”.

Qeyd edək ki, əfv sərəncamı 431 şəxsə şamil edilib.

Şərhlər

İqbal bəyə 2019-03-16 23:39:12

Maraqlıdır,İqbal Ağazadə kimləri müxalifət sayır?Məgər BAXCp,AVP,YENİ MÜSAVAT və bu kimi partiyalar müxalifət sayıla bilərmi?

Abdulqadir 2019-03-16 23:39:12

Iqtidar ve müxalifet deyerken gören kimleri nezerde tutur Iqbal bey? Müxalifem deyib iqtidardan paket maash alanlarla sechki saxtakarligiyla dövletin bütün resurslarini ele kechirib yagmalayaraq paket maash veren iqtidar onsuzda illerdir ki,birlikdedirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol