Menu

"Bakıda qadın dəmir tikilidə yanaraq ölüb" - FHN

18.03.2019, 10:30
"Bakıda qadın dəmir tikilidə yanaraq ölüb" - FHN

Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol