Menu

Türkmənistan nəqliyyat blokadası elan etdi: taciklər Azərbaycandan kömək gözləyir

21.03.2019, 01:50
Türkmənistan nəqliyyat blokadası elan etdi: taciklər Azərbaycandan kömək gözləyir

Türkmənistan ərazisindən Tacikistana məxsus yük maşınlarının tranziti ilə bağlı problem fonunda Tacikistan hökuməti alternativ marşrutlar axtarışında Azərbaycanla danışıqlar aparır.

Virtualaz.org “Azadlıq” radiosunun tacik redaksiyasına istinadən xəbər verir ki, fevralın əvvəllərində Türkmənistan Tacikistan üçün dəmiryol və avtomobil nəqliyyatına öz ərazisindən tranzitə qadağa qoyub. İran-Türkmənistan sərhədində Tacikistanın onlarla yük maşını, Türkmənistanın dəmiryol stansiyalarında isə 108 yük qatarı ilişib qalıb.

Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi martın 19-da xəbər verib ki, nazir Nematullo Hikmətullozado Bakı Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Taleh Ziyadovla danışıqlar aparıb. Azərbaycan tərəfi limanın faliyyəti haqqında ətraflı məlumat verib və yüklərin Tacikistana daşınması üçün geniş imkanların olduğunu bildirib.

Qeyd olunur ki, Türkmənistan Tacikistan üçün nəzərdə tutulmuş yüklərin tranzitinə qoyulmuş qadağanın səbəblərini açıqlamır və bunun təhlükəsizliklə bağlı olduğunu bildirir. Tacikistan nəqliyyatçıları isə böyük zərərlə üzləşirlər.

Şərhlər

EJDER 2019-03-21 01:50:07

BRAVO ,MOLODES,HEZO...NAZIR ZENG VURUB,ANALOQU OLMAYAN INKIWAFIMIZ BAREDE KAQIZ UZERINDE OLAN LIMAN REHBERINDEN MELUMAT ALIB...HE NE OLSUN...LUKAWENKO VIZIV ATMIYIF,YEQIN PULU VAR...HA HA HA ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol