Menu

Yeni Zelandiyada məscidlər yenidən açıldı

23.03.2019, 14:12
Yeni Zelandiyada məscidlər yenidən açıldı

Yeni Zelandiyanın Kraystçörç şəhərində terror aktına məruz qalan Ən-nur və Linvud məscidləri yerli icmaya təhvil verilib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məscidlər təmir edilib, onların ətrafındakı polis kordonunun sayı azaldılıb, ətrafdakı yollar isə hərəkət üçün açılıb. Qeyd olunub ki, Yeni Zelandiyadakı bütün məscidlərin silahlı mühafizəsi davam etdiriləcək.

Xatırladaq ki, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olmuş, daha 50 nəfər müxtəlif xəsarətlər almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol